ADMİU tələbələrindən nümunəvi davranış

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri ekstremal vəziyyətdə düzgün qərar qəbul etmək, çətin şəraitdən çevik şəkildə çıxış yolu tapmaq bacarıqlarına görə fərqləniblər.
Tələbələrimiz bu dəfə də öz istedadları və çevik qərar vermək bacarıqları ilə fərqləniblər. Belə ki, Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin açılış mərasimindən sonra keçirilən qala konsert zamanı qəfil işıqlar sönərkən universitetimizin Musiqi sənəti fakültəsinin II kurs tələbəsi Ceyran Abbaslı və tələbə yoldaşları “Qarabağ” mahnısını ifa etməklə texniki problemdən yaranan fasiləyə şux ovqat gətiriblər. Onların bu ifası həm tədbir iştirakçıları, həm də sosial media istifadəçiləri tərəfindən böyük maraq və məmnuniyyətlə qarşılanıb.