ADMİU tələbəsi Qazaxıstanda keçirilən beynəlxalq forumda Azərbaycanı təmsil edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin Xanəndə ixtisası II kurs tələbəsi Əşrəfova Sevda Qazaxıstanda «Saralshyq Upgrade 2026» Beynəlxalq Gənclər Forumunda Azərbaycanı təmsil edib.

Beynəlxalq forum çərçivəsində müxtəlif ölkələrdən olan gənclərlə fikir və təcrübə mübadiləsi aparılıb, mədəniyyətlərarası əməkdaşlığın inkişafına töhfə verən görüşlər və tədbirlər keçirilib.