ADMİU TGT sədri və nümayəndələri Gənclər və İdman naziri Fərid Qayıbovla görüşdə iştirak ediblər

Gənclər və İdman naziri Fərid Qayıbov ATGTİ və TGT-lərin nümayəndələri ilə görüş keçirib.
Görüşdə ADMİU Tələbə Gənclər Təşkilatının (TGT) sədri Fidan Mikayılzadə, Ümumi işlər üzrə müavini Əfsun Məmmədli və İctimaiyyətlə Əlaqələr üzrə müavini Sevinc Xanbutayeva iştirak ediblər.
Nümayəndələr görüş zamanı cənab nazirə öz suallarını ünvanlayıb, eləcə də gələcək layihə planlarının istiqamətinin hansı yöndə olduğunu nəzərə çatdırıblar.
Tədbirdə ATGTİ -nin fəaliyyəti, TGT-lərin təklifləri, nazirliyin gənclərlə bağlı layihə planları, həmçinin, tələbələrin idman sahəsinə göstərdikləri maraq və onların bu tədbirlərə cəlbi ilə bağlı təqdimat təqdim olunub.
Görüşün məqsədi tələbə təşəbbüslərinin dəstəklənməsi və təşkilat olaraq fəaliyyətlərin dövlət gənclər siyasətinə töhfəsinin artırılması olub.