ADMİU Türkiyə təcrübəsi əsasında akademik kitabxanaların fəaliyyət istiqamətləri mövzusunda keçirilən vebinarda iştirak edib
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə 23 may tarixində “Dördüncü Sənaye İnqilabı dövründə akademik kitabxanaların fəaliyyət istiqamətləri (Türkiyə təcrübəsi)” mövzusunda keçirilən vebinarda ADMİU Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları iştirak edib. Vebinarda Türkiyə universitetlərindən aparıcı mütəxəssislər dördüncü sənaye inqilabı dövründə Türkiyənin qabaqcıl akademik kitabxanalarının fəaliyyəti, kitabxana proseslərində yeni texnoloji həllər, beynəlxalq məlumat bazaları və onların kitabxanalar arasında ortaq istifadəsi məsələləri, kitabxanalarda bibliometrik və elmmetrik tədqiqatlar, yeni kitabxana xidmətlərinin tətbiqi və digər maraqlı mövzularla çıxış ediblər. Online keçirilən tədbir zoom proqramı üzərindən UNEC Kitabxana-İnformasiya Mərkəzinin Facebook səhifəsində canlı yayımlanıb.