Admiu və BMA-da təhsil alan sabah qrupu tələbələrinin birgə konserti keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alan SABAH qrupu tələbələrinin birgə konserti keçirilib. Professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə Universiteti Teatr və kino aktyoru ixtisasında təhsil alan III kurs tələbəsi, Beynəlxalq müsabiqə qalibi Hüseynağa Aslanov təmsil edib.
     Konsertdə BMA-nın I kurs tələbəsi, Beynəlxalq müsabiqə laureatı Rəhimə Qurbanovanın müşayiəti ilə F.Sücəddinovun “Vətən balladası” əsərinin sədası altında Universitetin III kurs tələbəsi Hüseynağa Aslanov R.Rövşənin “Lal”, Ə.Ziyatayın “Qəzəl”, Ə.Kürçaylının “Həyat” və III kurs tələbəsi, Beynəlxalq müsabiqə laureatı Vüsal Aydəmirovun müşayiəti ilə F.Sayın “Kumru Balladası” əsərinin sədası altında müəllifi olduğu “İnsan ömrü” şeirini ifa edib.