ADMİU-ya bərpa olunmaq istəyənlərin nəzərinə!

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarına (1 nömrəli əlavə, bənd 4) əsasən, 2025/2026-cı tədris ilinin yaz semestri üçün ADMİU-ya bərpa olunmaq istəyənlər üçün ərizə qəbulu elan olunur.

Ərizə qəbulu müddəti:
06 yanvar 2026-cı il – 04 fevral 2026-cı il

Bərpa olunmaq istəyənlər müəyyən olunmuş müddət ərzində müvafiq qaydada ərizə ilə müraciət etməlidirlər.

Əlavə məlumat üçün: Tədris şöbəsi (012) 599 00 54 (daxili: 159)