Ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu prosesi 09 iyul-18 iyul 2024-cü il tarixlərində aparılacaq

Müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

MAGİSTRATURA səviyyəsinə tələb olunan sənədlərin
SİYAHISI

  • Şəxsiyyət vəsiqəsinin surəti (6 ədəd);
  • 3×4 ölçülü foto şəkil (rəngli, 4 ədəd);
  • Əvvəlki tədris illərinin məzunları üçün bakalavr diplomunun əsli (əlavə ilə birlikdə);
  • Cari ildə universiteti bitirənlər üçün isə bakalavr səviyyəsini bitirməsi haqqında arayış (bitirdiyi universitetdən);
  • İmtiyazlı tələbələr imtiyazı təsdiq edən müvafiq sənədlər;
  • Ödənişli əsaslarla qəbul olanlar üçün təhsil haqqının tam ödənilməsi haqqında qəbzin surəti;
  • Sağlamlıq haqqında arayış;
  • Hərbi bilet və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti.
    Qeyd: Ödənişli əsaslarla qəbul olan tələbələr Təhsil Tələbə Kredit Fonduna müraciət edə bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək tələbənin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcəkdir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində sənəd qəbulu I-V günlər saat 10:00-17:00-dək (nahar fasiləsi 13:00-14:00) əsas binada aparılacaq.
Tel: 012 599 00 54