May ayının 5-i Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatşılığı ilə Milli Kitabxananın konfrans zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Kitabxanaçılıq-İnformasiya Elmi: tədris və təcrübədə yeni çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə kitabxanada ulu öndərə həsr edilən kitab sərgisi ilə tanış olublar. […]
“Səda” tədris teatrının repertuarında növbəti yeni tamaşa
4 may 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” Tədris Teatrında “Teatr sənəti” fakültəsinin Musiqili teatr ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin ifasında Sabit Rəhman və Emin Sabitoğlunun “Hicran” tamaşası təqdim olunub. Tamaşanın quruluşçu rejissoru ADMİU-nun baş müəllimi Kəmalə Məmmədovadır. Tamaşada tələbələr Vüsalə Bədirli (Hicran), Murad İsmayıl (Orxan), İbrahim Fərzəliyev (Mitoş), […]
ADMİU-da “Marketri” dərsləri keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin dekorativ tətbiqi sənət (DTS) və dizayn ixtisası üzrə təhsil alan tələbələrinə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının IV kurs tələbələri Əsmər Nəcəfquliyeva və Aytən Quliyeva “Marketri” üzrə ustad dərsləri keçib.
ADMİU-nun müəllimi BMT-nin Sivilizasiyalar Alyansının VII qlobal forumunda iştirak edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi Dilarə Müzəffərli 25-27 aprel tarixlərində Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edib. “İnklüziv Cəmiyyətlərdə Birgəyaşayış: Çağırış və Məqsəd” şüarı altında keçirilən forum çərçivəsində aprelin 25-də Bakı Konqres Mərkəzində “ideyalar yarmarkası” və gənclərin foto-sərgisinin açılışı olub. Tədbirdə eyni […]
ADMİU-nun tələbələri “İncəsənət tarixi” mövzusunda viktorinada qalib gəlib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının II kurs sənətşünas tələbələri arasında hər iki kursun müəllimi Aslan Xəlilovun rəhbərliyi ilə Azərbaycan inciləri layihəsi çərçivəsində “İncəsənət tarixi” mövzusunda viktorina keçirilib. Üç mərhələdən ibarət olan viktorinada ADMİU-nun komandası qalib gəlib. Sonda Universitetin rektoru professor Fərəh Əliyeva qalibləri təbrik edib, viktorina iştirakçıları diplom-sertifikat və […]
ADMİU-nun magistrinin işi beynəlxalq sərgidə
“World Art Games – Dünya İncəsənət Oyunları” Monteneqroda 3-cü festıvalı və eyni zamanda konfransı keçirilib. (2013 Xorvatiya,2015 Slovakiya) 2016-cı il mayın 4-dən 12-nə qədər) WAG-ın baş ofisi Xorvatiyada yerləşən 50-yə qədər ölkənin üzv olduğu beynəlxalq təşkilatdır. Missiyası dünyanın incəsənət şəbəkəsini yaratmaqdır. Əsas ideyası yaradıcı insanların öz dövlətlərini təmsil etmək, onun mədəniyyət və incəsənətini tanıtmaq, sülhə, […]
ADMİU “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” XV beynəlxalq elmi-praktiki konfransını keçirib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ənənəvi olaraq “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” XV Beynəlxalq elmi-praktiki konfransını keçirib. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında baş tutan bu ilki konfrans Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunub. Konfransı Universitetin rektoru professor Fərəh Əliyeva açaraq, hər il ənənəvi keçirilən konfransın əhəmiyyətindən, bu dəfə də […]
ADMİU-nun rektoru Özbəkistanda səfərdə olub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Fərəh Əliyeva aprel ayında Özbəkistanda səfərdə olub. Səfər çərçivəsində rektor “Orta Şərq alimləri və mütəfəkkirləri tarixi irsində mədəniyyət və incəsənət problemləri” Beynəlxalq elmi-praktiki konfransında Azərbaycan musiqi mədəniyyəti: ənənələr və müasirlik mövzusunda maraqlı məruzə ilə çıxış edib. Səfər zamanı Fərəh Əliyeva Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun […]
ADMİU-nun rektoru Şanxayda İpək Yolu Musiqi İnstitutlarının rektorlar forumunda
27-30 aprel 2016-cı il tarixlərində ADMİU-nun rektoru professor Fərəh Əliyeva Şanxay Musiqi Konservatoriyası İpək yolu Musiqi İnstitularının Rektorlar forumunda iştirak edib. 3 seksiyadan ibarət olan forumda F.Əliyeva “Azərbaycan musiqi tədrisi və mədəni müxtəliflik” mövzusunda çıxış edib. Azərbaycanla yanaşı, Çin, Hindistan, Özbəkistan, Rusiya, Monqolustan, Pakistan, Qazaxıstan, İran, Macarıstan, Belarusiya musiqi və incəsənət ali məktəblərinin rektorlarının iştirakı […]
ADMİU-nun kitabxanasında “Nadir və qiymətli ədəbiyyat nümunələri” sərgisi keçirilib
ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzində mütəmadi olaraq müxtəlif elmi mövzulara, əlamətdar və tarixi günlərə, görkəmli mədəniyyət və incəsənət, dövlət xadimlərinin yubileylərinə həsr edilmiş ənənəvi və virtual ədəbiyyat sərgiləri və eyni zamanda yeni daxil olan kitabların sərgiləri təşkil olunur. Hazırda nümayiş olunan sərgi isə Nadir və Qiymətli kitablardan ibarətdir. Maddi və mənəvi mədəniyyət sərvəti sayılan bu kitablar 1900-1947-ci […]
ADMİU-da “Bahar nəğmələri” adlı konsert keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kaman ifaçısı, Əməkdar artist Ədalət Vəzirovun anadan olmasının 65 illiyinə həsr olunan konsert keçirilib. “Bahar nəğmələri” adlanan konsertdə mərhum sənətkarın qızı, “İnstrumental ifaçılıq” kafedrasının müəllimi, pianoçu Aydan Vəzirovanın tələbələri çıxış edərər Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa ediblər.
ADMİU tələbələrinin Beynəlxalq Muğam Mərkəzində möhtəşəm konsert proqramı olub
Aprel ayının 29-u Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə-Gənclər Estrada orkestrinin Beynəlxalq Caz gününə həsr olunan konsert proqramı anşlaqla keçib. Konsertdə ifaçılıq və solo ixtisası üzrə təhsil alan müxtəlif kurs tələbələrindən ibarət olan Tələbə-Gənclər Estrada orkestri Allahyar Vəzirovun rəhbərliyi ilə Azərbaycan və xarici bəstəkarların əsərlərini səsləndirib.



