Oktyabrın 21-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi altında XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib. Açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, nazirliyin nümayəndələri, Azərbaycan Yazıçılar Birliyinin katibləri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Milli Məclisin deputatları, diplomatik […]
ADMİU-da Yeni Azərbaycan Partiyasının VIII qurultayına həsr olunmuş tədbir keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayına həsr olunmuş tədbir keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova Yeni Azərbaycan Partiyasının […]
12-ci Bakı Beynəlxalq Kitab Sərgisi
“Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” Hörmətli kitabsevərlər! Tarix: 21–27 oktyabr 2026-cı il Məkan: Bakı Ekspo Mərkəzi Ziyarətçilər Elmlər Akademiyası və 28 May metro stansiyalarından M marşrutlu avtobuslarla Koroğlu metro stansiyasına, oradan isə sərgi üçün ayrılmış xüsusi avtobuslarla sərgi məkanına gələ bilərlər. Bütün kitabsevərləri sərgidə iştirak etməyə dəvət edirik! Mədəniyyət Nazirliyinin […]
ADMİU tələbələri Daun sindromlu şəxslərin Reabilitasiya Mərkəzində olublar
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) artıq üçüncü ildir tədris olunan “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” fənni çərçivəsində tələbələrin praktiki təcrübəsi davam edir. Fənnin nəzəri və praktiki istiqamətlərini birləşdirən tədris prosesi çərçivəsində universitet beş ixtisaslaşmış mərkəzlə əməkdaşlıq edir. Bu əməkdaşlığın məqsədi gələcək mütəxəssislərin inklüziv təhsil sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onların müxtəlif […]
Qazaxıstan Milli İncəsənət Universitetinin magistrantları ADMİU-da elmi-tədqiqat təcrübəsi keçirlər
Kulyaş Bayseitova adına Qazaxıstan Milli İncəsənət Universitetinin 15 nəfər magistrantı elmi-tədqiqat təcrübəsi keçmək məqsədilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) səfər ediblər. Oktyabrın 19-da universitetdə magistrantlarla ilkin görüş keçirilib. Görüşü açan Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevil Kərimova qonaqları salamlayaraq onlara təcrübə müddətində uğurlar arzulayıb. O, iki universitet arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq qeyd edib […]
ADMİU-nun rektoru Qarabağ Universitetində İkinci Rektorlar Forumunda çıxış edib
Oktyabrın 16-da Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu keçirilib. İki ölkədən ümumilikdə 30-a yaxın ali təhsil müəssisəsinin iştirak etdiyi forum ali təhsil tərəfdaşlığının inkişafına həsr olunub. Forum ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqat və innovasiya istiqamətlərində birgə təşəbbüslərin təşviqi, eləcə də universitetlərarası əlaqələrin […]
ADMİU-nun müəllimləri MDB Ölkələrinin Milli Kulinariya Festivalında iştirak ediblər
Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlər çərçivəsində keçirilir. Festivalda səkkiz ölkə təmsil olunur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə festival məkanında iki […]
ADMİU-nun müəllimləri FantazEU Mədəni İrs Festivalında iştirak ediblər
Oktyabrın 12-də Bakıda Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin, Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin və Arts Council Azerbaijan təşkilatının tərəfdaşlığı ilə FantazEU Mədəni İrs Festivalı keçirilib. Festival Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan güclü tərəfdaşlığın daha da inkişafına, Avropa mədəni müxtəlifliyinin təbliğinə, həmçinin Avropa və Azərbaycan mədəni irsi arasındakı əlaqələrin nümayişinə töhfə vermək məqsədi ilə təşkil […]
ADMİU-nun dosenti beynəlxalq teatr festivalında münsif kimi iştirak edib
1-7 oktyabr 2026-cı il tarixlərində Astana şəhərində Qazaxıstanın Xalq artisti, “Parasat” və “Qurmet” ordenlərinin laureatı, görkəmli teatr və kino aktrisası Meruert Utekeşevanın 75 illik yubileyinə həsr olunmuş IV “TEATR ALL” Beynəlxalq Teatr Festivalı baş tutub.Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən aparıcı teatr kollektivlərinin, tanınmış mədəniyyət xadimlərinin qatıldığı beynəlxalq festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət […]
ADMİU-da Elmi Şuranın növbəti iclası keçirilib
Oktyabrın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasın əvvəlində sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülən universitetin müəllimləri Vəfa Abbasova və Abbasağa Əlizadə təbrik ediliblər. Gündəlik üzrə 2025–2026-cı tədris ilinin məzunlarına elektron diplom və əlavələrinin verilməsi, 2026–2027-ci tədris ilində doktoranturaya və əcnəbilərin universitetə qəbulunun nəticələri barədə məlumatlar […]
ADMİU tələbələri TÜRKSOY Beynəlxalq Tələbə Teatr Festivalında mükafata layiq görülüblər
Qazaxıstanın Türkistan şəhərində Türk dünyasının gənc teatr nümayəndələrini bir araya gətirən IV Beynəlxalq TÜRKSOY Tələbə Teatr Festivalı başa çatıb.Festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyədən teatr kollektivləri iştirak edib. Festival günlərində iştirakçı universitetlərin tələbə kollektivləri müxtəlif tamaşalar təqdim edib, nümayişlərdən sonra ustad dərsləri və peşəkar müzakirələr keçirilib.Festivalın bağlanış mərasimində iştirak edən kollektivlərə və qaliblərə […]
ADMİU-nun əməkdaşları “Almaniya təhsil və tədqiqat sahəsində tərəfdaş kimi” adlı info-sessiyada iştirak ediblər
7 oktyabr 2026-cı il tarixində Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə “Germany as a Partner for Study and Research” (“Almaniya təhsil və tədqiqat sahəsində tərəfdaş kimi”) mövzusunda info-sessiya keçirilib. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri Namiq Kərimov və Keyfiyyət təminatı və strateji planlama departamentinin Keyfiyyət […]













