ADMİU-da Karyera günü keçiriləcək

Sinteks Şirkətlər Qrupu və Azərbaycan Dövlət Mədəniyyət Universiteti Rəssamlıq və Audiovizual sənətlər fakültələrinin tələbələri üçün Karyera Günü elan edir.Tədbir 08 may 2025-ci il 11:00 tarixində Elmi Şura otağında baş tutacaqdır.Karyera günü digər fakültələrin tələbələri üçün də açıqdır.

Ü.Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib

Mayın 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsinin Səhnə danışığı kafedrasının təşəbbüsü ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə “Ordan – burdan” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə universitetin tələbələri Əli Nurzadə, Samirə Xanlarova, Məhəmmədəli Namazov, Günel Həmidova, Səma Muğanna, Türkan Qarayeva, Səbuhi Abbasov, Mehriban Nuriyeva, Ayla Əliyeva, Firuzə İsmayıl, […]

DİQQƏT! Kamera, Motor, Həyat!

Audiovizual Sənətlər Fakültəsində Açıq Qapı Günü!Film, televiziya, səs dizaynı, montaj, rejissorluq, rəqəmsal sənət və yaradıcılıq dünyasına ilk addımı bizimlə at!Canlı çəkilişlər, studiya turları, tələbə işlərinin nümayişi və bu sahədə öz sözünü demiş peşəkar müəllimlərlə birbaşa tanışlıq səni gözləyir!Yaradıcılığını ekrana gətirmək istəyirsənsə, bu fürsəti qaçırma!

DİQQƏT! Mədəniyyətin Ritmini Duy!

Kulturologiya Fakültəsində Açıq Qapı Günü!Mədəniyyətlər arasında körpü qurmaq, incəsənətin dərin qatlarını anlamaq, sivilizasiyaların izini sürmək istəyirsənsə, bu gün sənin üçündür!Seminarlar, interaktiv təqdimatlar, tələbə layihələri və kulturologiya sahəsi üzrə aparıcı mütəxəssislərlə tanışlıq imkanı səni gözləyir!Düşün, dərk et, paylaş – sənət dünyasına addım at!

DİQQƏT! Səslə Danışan Ruh!

Musiqi Sənəti Fakültəsində Açıq Qapı Günü!Klassikdən caz-a, xalq musiqisindən müasir kompozisiyaya qədər – sənətdə səsin sehri ilə tanış olmağa hazırsanmı?Canlı çıxışlar, ustad dərsləri, tələbə performansları və Azərbaycan musiqisinə öz adını həkk etmiş tanınmış sənətkarlar- müəllim heyəti ilə açıq dialoqlar şansını əldən vermə!Biz ruhunu musiqi ilə ifadə etmək arzunu reallaşdırmaq üçün buradayıq. Bu səsi eşit və […]

“Azərbaycan Respublikasında mədəni müxtəliflik və sosial münasibətlər” mövzusunda dəyirmi masa

Mayın 2-də Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitutsiya və Suverenlik ili elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrə həsr olunmuş “Azərbaycan Respublikasında mədəni müxtəliflik və sosial münasibətlər” mövzusunda elmi seminar formatında dəyirmi masa keçirilib. Tədbirin açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra iştirakçılar qarşısında çıxışlar olub. Elmi seminarda Sosial-mədəni fəaliyyət […]

DİQQƏT! Açıq Qapı Günü — Fırçanın Arxasında Sən Ol!

Rənglərin danışdığı, xəyalların şəkilə çevrildiyi yerə xoş gəlmisən!ADMİU-nun Rəssamlıq fakültəsi səni yaradıcılıq dolu açıq qapı gününə dəvət edir!Burada səni:Tələbə işlərindən ibarət sərgiEmalatxanalarda açıq dərslərProfessor və müəllimlərlə tanışlıqQəbul prosesi barədə ətraflı məlumat gözləyir!Fırçanı götür və öz imzanı at!

DİQQƏT! Açıq Qapı Günü — Teatr Sənətinə Bir Addım!

Səhnənin arxasından səhnənin mərkəzinə!ADMİU-nun Teatr Sənəti fakültəsisəni teatr aləminin sehrinə dəvət edir!Səni buradaAktyorluq dərslərinə canlı baxışTələbə tamaşalarından fraqmentlərTələbə və müəllimlərlə söhbətlərFakültəyə qəbul şərtləri ilə tanışlıq gözləyir!Səhnə səni çağırır — səsinə səs ver!

Səhnəmizin “Ana” simvolu

Bu gün Əməkdar artist, görkəmli sənətkar, teatr və kino aktrisası Ətayə Əliyevanın anadan olmasının 105 illiyi tamam olur. Sevimli aktrisamız teatr səhnəsi və televiziya tamaşalarında qazandığı uğurlarını filmlərdə də təkrarlamağı bacarmaqla parlaq istedad sahibi olduğunu təsdiq etmişdir. Həyatını sənətə həsr edən, Türkmənistanda doğulub, adını Azərbaycanın teatr və kino salnaməsinə yazdıran Ətayə Əliyeva Bakıda Teatr Texnikumunda […]

ADMİU-da şəxsi inkişafla bağlı təlim keçirilib

Mayın 1-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Boğaziçi kampus-yaşam koçu şəxsi inkişaf mentoru Günel Piriyeva tərəfindən təlim keçirilib.Təlimin məqsədi tələbələrə öz məqsədlərini müəyyənləşdirmək və onlara doğru sistemli şəkildə irəliləməyi öyrətmək, daxili motivasiyanı gücləndirmək və özünəinamı artırmaq, qarşıya çıxan çətinliklərə baxmayaraq, əzm və səbrlə davam etmə bacarığını […]

ADMİU-nun Elmi Şurasının növbəti iclası baş tutub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəlik məsələlərinə keçməzdən öncə ənənəvi olaraq son Elmi Şura iclasından keçən vaxt ərzində yubileyi qeyd olunan, eləcə də müxtəlif beynəlxalq tədbirlərdə universitetimizi təmsil edərək fərqlənən əməkdaşlar təbrik edilib. Universitetin rektoru professor Ceyran Mahmudova Teatrşünaslıq kafedrasının professoru Məryəm Əlizadə, Aşıq sənəti kafedrasının professor […]

“Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXIV Beynəlxalq elmi-praktiki konfrans keçirilib

Aprelin 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXIV Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransa ölkə daxilindən və xaricdən müxtəlif ali məktəb və mədəniyyət ocaqlarını təmsil edən elm adamları qatılıblar. Konfransı giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qonaqları salamlayıb və konfransın işində uğurlar diləyib. Rektor […]