ADMİU-nun dosenti Həmzə Abdullayevin əsəri Qazaxıstan Dövlət İncəsənət Muzeyinin ekspozisiyasına daxil edilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının dosenti, Əməkdar rəssam Həmzə Abdullayev Qazaxıstan Respublikası Mədəniyyət Nazirliyinin dəvəti ilə Qazaxıstan Rəssamlar İttifaqının 90 illiyinə həsr olunmuş Beynəlxalq Bienalda iştirak edib.Sərgidə nümayiş olunan “Abşeron Bahar” adlı əsəri 18 nəfərdən ibarət sərgi komissiyası tərəfdən rəğbətlə qarşılanıb. “Abşeronda Bahar” adlı rəngkarlıq əsəri Bienalı sertifikat […]

İlham Rəhimlinin yeni dərs vəsaiti çap olunub

Kitabxana-informasiya mərkəzinin fondu yeni tədris nəşri ilə komplektləşdirilib. ADMİU-nun Teatrşünaslıq kafedrasının professoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar incəsənət xadimi İlham Rəhimlinin “Dünya dramaturqları Azərbaycan səhnəsində” adlı yenicə çap edilmiş dərs vəsaiti tələbələrin istifadəsinə verilib. “Təhsil” nəşriyyatı tərəfindən nəfis nüsxədə nəşr olunan və tələbələrin geniş faktlar əsasında ölkəmizdə teatr fəaliyyətinin inkişaf dinamikası haqqında biliklərə yiyələnməsini təmin edəcək […]

ADMİU-nun əməkdaşları “Vətənpərvərlik əsas meyardır” adlı tədbirdə iştirak ediblər

Aprelin 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) MM qərargahı rəisi Arif Hüseyn, Teatr sənəti fakültəsinin baş müəllimi Əlizaman Mirzəyev və müəllim Pərvanə Namazova FHN-nin Akademiyasında keçirilən “Vətənpərvərlik əsas meyardır” mövzulu tədbirdə iştirak ediblər.Müəllimlər Ə.Mirzəyev və P.Namazova tədbirdə vətənpərvərlik mövzulu şeirlər səsləndiriblər.Eyni zamanda əməkdaşlarımız Akademiyanın muzeyi ilə də yaxından tanış olublar.

ADMİU-nun Mətbəəsi mətbəə müdiri vəzifəsinə vakansiya elan edir

Tələblər: Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə bilərlər. Müraciət üçün son tarix: 25.04.2025-ci il saat 18:00 Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar  pr. 39)

ADMİU-da Ümumdünya Autizm Gününə həsr olunmuş tədbir keçirilib

Aprelin 4-də “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, (ADMİU) “Əlilliyi olan şəxslərin Təşkilatları İttifaqı”nın, “Autizmli uşaqların ailələrinə dəstək” İctimai Birliyinin və “Ülkər Psixologiya Departamenti”nin dəstəyi ilə  ADMİU-da “2 aprel – Ümumdünya Autizm Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himinin səslənməsi və ölkəmizin müstəqilliyi və […]

Müəllim və tələbə təklifləri sorğusunun nəticələri

Bu sorğu, ADMİU universitetində tələbə və müəllimlərin akademik və sosial mühitə dair düşüncələrini öyrənmək, onların qarşılaşdığı çətinlikləri və inkişaf üçün irəli sürdükləri təklifləri təhlil etmək məqsədilə aparılmışdır. Eyni zamanda, bu nəticələr universitetin gələcək inkişaf strategiyalarına işıq tutmaq üçün vacib məlumatlar təqdim edir. Müəllimlərin Cavabları 1. Akademik fəaliyyətdə sizi motivasiya edən və məmnun edən məqamlar Müəllimlər […]

Qırğızıstan Milli Akademik Dram Teatrı Bakıda “Dədə Qorqud” tamaşasını təqdim edib

Aprelin 3-də T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı Bakıda “Dədə Qorqud” tamaşası ilə çıxış edib. Tamaşa Akademik Milli Dram Teatrının səhnəsində göstərilib. Tədbir Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Tamaşaya gələn qonaqlar qırğız və Azərbaycan dillərində salamlama nitqi ilə qarşılanıblar. Qırğızıstan Respublikasının […]

Əməkdar rəssam Rəşad Cabarov beynəlxalq sərgidə uğur qazanıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının müdiri, Əməkdar rəssam, dosent Rəşad Cabarov Rusiyada keçirilən beynəlxalq sərgidə qaliblərdən biri olub.Rəssam Rusiyanın Sankt-Peterburq şəhərində baş tutan “Dünyada sərhədsiz incəsənət” adlı beynəlxalq sərgidə portret nominasiyası üzrə 3-cü yerə layiq görülüb.

“Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbulu başlayır

2 aprel 2025-ci il tarixindən etibarən Mədəniyyət Nazirliyinin “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbuluna başlanılır.Proqram bakalavriat və magistratura səviyyələrini əhatə edir.Əsas ixtisaslaşma istiqamətləri kimi aşağıdakı sahələr müəyyən edilmişdir: Təqaüd Proqramına müraciət etmək üçün qaydalar və şərtlər barədə daha ətraflı məlumatı https://www.mystart.az/ saytından əldə edə bilərsiniz!

ADMİU-da Ümumdünya Autizm Gününə həsr olunmuş tədbir keçiriləcək

Aprelin 4-də “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, (ADMİU) “Əlilliyi olan şəxslərin Təşkilatları İttifaqı”nın, “Autizmli uşaqların ailələrinə dəstək” İctimai Birliyinin və “Ülkər Psixologiya Departamenti”nin dəstəyi ilə ADMİU-da “2 aprel – Ümumdünya Autizm Günü”nə həsr olunmuş “Rəngli Dünyalar:- Autizm və Sevgi” adlı tədbir keçiriləcək. Tədbirdə əsas məqsəd autizmli […]

ADMİU-nun tələbələri Novruz Düşərgəsində iştirak ediblər

Mart ayının 20-dən 31-dək Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil İstirahət Mərkəzi”-ində möhtəşəm “Novruz Düşərgəsi – 2025” təşkil olunub. Bu düşərgə Novruz bayramının ruhuna uyğun olaraq həm əyləncəli, həm də maarifləndirici tədbirlərlə zəngin olub.Tədbir iki mərhələdə keçirilib. İlk mərhələ 20-25 mart tarixlərini əhatə edib və bu mərhələ […]

ADMİU-nun müəllimi Gender Əsaslı Zorakılıq üzrə Keys menecment təlimində iştirak edib

Martın 29-da Gender Əsaslı Zorakılıq (GƏZ) üzrə Keys menecment adlı təlim keçirilib. Təlimçi sosial iş üzrə mütəxəssis Sara Ağayeva təlim iştirakçılarına Gender əsaslı zorakılıq hallarının idarə edilməsi prosesi və gender əsaslı zorakılıq hallarının etik və effektiv idarə olunması üzrə praktik bacarıqlar risklərin qiymətləndirilməsi, yönləndirmə və müdaxilə strategiyalarını haqqında maarifləndirici məlumatlar verib. Təlimdə sosial işçilər, psixoloqlar […]