ADMİU Ali təhsil müəssisələrinin sərgisində…

Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan və iyulun 31-dən avqustun 2-nə qədər davam edən Ali təhsil müəssisələrinin sərgisində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) də öz heyəti ilə təmsil olunub. Sərgidə abituriyentlər ADMİU ilə bağlı ətraflı məlumat əldə edib, universitet həyatı, tədris olunan ixtisaslarla yaxından tanış olmaq imkanı əldə ediblər. Sərgidə universitet adından Rəssamlıq […]

ADMİU-nun pedaqoqları dünyanın fəxri ustad siyahısında…

İyulun 27-də Mədəniyyət Xadimlərinin Beynəlxalq Məsləhət Şurasının 4-cü iclası keçirilib. Onlayn şəkildə baş tutan görüşə əsas məsələlərin müzakirəsi və nominasiyaların təsdiqi üçün dünyanın tanınmış mədəniyyət ekspertləri qatılıblar.Görüş bütün dünyada müxtəlif mədəni ənənələrin qorunub saxlanmasına və təbliğinə yönəlmiş səmərəli qərarların qəbulu ilə yekunlaşıb.Şuranın qərarı ilə Yeni Arirang Ustadlarının (Arirang Masters) fəxri siyahısı təsdiq olunub. 14 ölkədən […]

ADMİU-nun Keyfiyyət təminatı və strateji planlama departamentinin Strateji planlama sektoruna baş mütəxəssis vəzifəsinə vakansiya elan olunur

Tələblər: Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə  bilərlər. Müraciət üçün son tarix: 26.08.2024-cü il saat 18:00 Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar  pr. 39)

ADMİU-nun müəlliminin əsəri beynəlxalq sərgidə nümayiş olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Samir Qafarovun “Filosof” əsəri Türkiyədə təşkil olunmuş ESSA IV: 1-ci Dədə Qorqud Beynəlxalq Qarışıq rəsm sərgisində nümayiş edilib. 12-13 iyul tarixlərində keçirilən sərgidə iştirakına görə S.Qafarov Sertifikatla təltif edilib.

ADMİU-da Yay semestri davam edir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.4. bəndinə əsasən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Yay semestri təşkil olunmuşdur. Yay semestri 12 iyul 2024-cü il tarixindən 22 avqust 2024-cü […]

ADMİU-nun nümayəndəsi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkil etdiyi təlimə qatılıb

12-13 iyul tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin beynəlxalq reytinqlər üzrə məsul şəxsləri arasında növbəti şəbəkələşmə görüşü baş tutub. İki günlük təlimin məqsədi ali təhsil müəssisələrinin reytinq komandaları arasında əməkdaşlığın gücləndirilməsi olub. Belə ki, komanda quruculuğuna və müxtəlif təhlillərə həsr olunmuş görüşdə 30-a yaxın ali təhsil müəssisəsinin nümayəndələri […]

ADMİU-nun prorektoru Türkiyədə işgüzar səfərdədir

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq əlaqələr üzrə prorektoru Nizami Əsədov 11-12 iyul 2024-cü il tarixində İstanbul Universiteti və Qara Dəniz Universitetləri Şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən “Qara Dəniz Bölgəsi üçün Gələcəyin Zirvəsi və Universitetlərin Rolu” adlı konqresdə iştirak etmək məqsədilə Türkiyənin İstanbul şəhərinə səfər edib. Səfərin məqsədini Qara dəniz regionunda müxtəlif universitetlərin […]

ADMİU əməkdaşlarının iştirak etdiyi “Vikipediya” təlimləri uğurla yekunlaşıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-informasiya mərkəzinin əməkdaşları Natiq Mürsəlov və Sədaqət Bağırovanın iştirak etdiyi “Vikipediya” qruplarının formalaşdırılması məqsədilə keçirilən təlimlər müvəffəqiyyətlə sona çatıb. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) bir aylıq müddətdə təşkil olunan təlimlərdə  Vikipediya – virtual ensiklopediyanın incəlikləri, burada məqalələrin yaradılması və redaktə edilməsi qaydaları haqqında dolğun bilgilər əldə […]

Ömürboyutəhsil, karyera və məzunlarla iş bölməsinin karyera ilə bağlı hesabatı(1 yanvar- 21 iyun 2024-cü il)

01 yanvar – 21 iyun 2024-cü il üzrə hesabat 2024-cü təqvim ilinin 1 yanvar tarixindən etibarən bölmə tələbələrlə “Instagram”, “Linkedin” və “Whatsapp” sosial şəbəkələri üzərindən aşağıdakılarla bağlı elan bölüşmüşdür: Karyera, təcrübə, stajkeçmə və əmək bazarında tələb olunan səriştələrin inkişafı ilə əlaqədar keçirilmiş tədbirlər: Karyera məsləhətçilərinin inkişafı üçün keçirilən təlimlər

Məzunlar Assosiasiyasına sən də qoşul!

Hörmətli məzun!Sizi ADMİU-nun Məzunlar Assosiasiyasının üzvü kimi görmək bizim üçün xoşdur.Aşağıdakı formanı dolduraraq üzv ola bilərsiniz. https://forms.gle/bBUchKWDPvtnAaMV8 Hər hansı sualınız yaranarsa, müraciət edə bilərsiniz. İlahə İsmayılovaÖmürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin aparıcı mütəxəssisiAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət UniversitetiTel: (+994 12) 599 00 54Mob: (+994 50) 768 49 71E-mail: ilaha.ismayilova@admiu.edu.az