AMEA nəsimi adına Dilçilik Institutunun kitab hədiyyəsi

ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi oxuculara daha yaxşı xidmət göstərmək və işini peşəkar səviyyədə qurmaq üçün kitabxana fondunun zənginləşdirilməsi məqsədilə müxtəlif təşkilatlardan mütəmadi olaraq kitab hədiyyə alır. Bu sahədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutları hər zaman Kitabxana-İnformasiya Mərkəzinə dəstək olur və alimlərin müxtəlif nəşrlərini universitetə göndərir. AMEA nəsimi adına Dilçilik İnstitutuna ünvanlanmış rəsmi məktuba cavab olaraq […]

Türksoy-un kitab hədiyyəsi

11-15 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş 9-cu Beynəlxalq Kitab Sərgisində təmsil olunan xarici ölkə nüməyəndələri ilə görüş keçirilib. Tədbirdə TÜRKSOY-un stendində nümayiş olunan yeni kitablar ADMİU-da fəaliyyət göstərən TÜRKSOY kafedrasına hədiyyə olunub. TÜRKSOY tərəfindən çap edilmiş rəssamlıq, kino və teatr sənətinə dair […]

Muzey sahəsinə dair tədris nəşri təkrar çapdan çıxıb

ADMİU-nun Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının professoru, kulturologiya elmləri doktoru İlqar Hüseynovun həmmüəllifi olduğu “Dünya muzeyləri və tarixi mədəniyyət abidələri” adlı dərs vəsaiti yenidən çap edilib. İlk dəfə 2008-ci ildə professor Sabir Əmirxanovun həmmüəllifliyi ilə nəşr olunmuş kitabda İtaliya, İngiltərə, Fransa, Macarıstan, ABŞ, Hollandiya, Belçika, İsveçrə, Rusiya, Almaniya, Azərbaycan və digər ölkələrdə məşhur muzeylərin, tarixi […]

ADMİU ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən beynəlxalq tədbirdə

ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi ADA Universitetində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş kitab, elm və mədəniyyət bayramı olan beynəlxalq tədbirdə iştirak edib. Oktyabr ayının 25-27 tarixlərində keçirilən tədbirdə “Fədakarlıq, liderlik və ilham dolu əsrin təntənəsi” mövzusunda kitab sərgisi təşkil olunub. Beynəlxalq kitab sərgisində Ulu öndərin mədəniyyət siyasətini əks etdirən nəşrlər, Müzəffər Ali Baş […]

Kinoşünaslığa dair yeni elmi nəşrlər

Kitabxana-İnformasiya Mərkəzinə kinoşünaslıq üzrə yeni çapdan çıxmış elmi əsərlər daxil olub. AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fizuli Mustafayevin “Azərbaycan kinosunun üslubu” və “Azərbaycan kinosunun dili” adlı monoqrafiyaları milli kinomuzun bədii-estetik inkişafında dil və üslub məsələlərinin problem şəklində elmi əhəmiyyətini nəzəri əsaslara söykənən fikir genişliyi […]

ADMİU-nun dosentinin yeni kitabı nəşr olunub

ADMİU-nun Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcovanın yeni “Azərbaycanın qayaüstü incəsənət dünyası” adlı kitabı çapdan çıxıb. Azərbaycan, ingilis və rus dillərində nəşr edilən kitabda ölkəmizin ərazisində yerləşən qayaüstü incəsənət abidələrinin öyrənilməsi, qayaüstü təsvirlərin elmi sənədləşdirilməsi, qayaüstü incəsənətin bölgələri və abidələrin mühafizəsinin təşkili problemləri araşdırılır. Mədəniyyət Nazirliyinin dəstəyi ilə […]

ADMİU əməkdaşı “Eu4dialogue: kitabxana icma mədəniyyət mərkəzi kimi” yay məktəbində

ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin biblioqrafı və müəllimi Natiq Mürsəlov Latviyanın paytaxtı Riqa şəhərində 21-29 avqust 2023-cü il tarixlərində keçirilmiş “EU4Dialogue: Kitabxana icma mədəniyyət mərkəzi kimi” adlı yay məktəbində iştirak edib. Avropa İttifaqının maliyyə dəstəyi ilə təşkil olunmuş beynəlxalq tədbirdə ilk 3 günlük seminar Riqa şəhərində “Mədəniyyətlərarası dialoqda kitabxanaların rolu” mövzusunda Latviya Milli Kitabxanasında keçirilib. Tədbirdə N.Mürsəlov […]

Humanitar kollec tələbələrinin ADMİU-da təcrübəsi yekunlaşıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin Kitabxana-informasiya təminatı ixtisası üzrə 3-cü kursda təhsil alan 8 tələbəsinin ADMİU Kitabxana-İnformasiya Mərkəzində diplomqabağı təcrübəsi başa çatıb. Cari ilin fevral ayının 16-dan iyulun 7-dək baş tutan təcrübədə iştirak edən hər bir tələbə müvafiq qaydada təlimatlandırılıb, onlara mərkəzin iş şəraiti və fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat […]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyətə başlamasının 100 illiyi tamam olur. Dövrün görkəmli ədəbi simalarının və məşhur sənət adamlarının tədrisə cəlb edildiyi Bakı Teatr Məktəbinin bazasında təşkil olunmuş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ölkənin zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Ötən müddət ərzində Universitet milli mədəniyyətin və incəsənətin tərəqqisi işinə mühüm […]