ADMİU-nun tələbələri festivalın qalibi olublar

Nizami Kino Mərkəzində “CINEMO” Mobil Film Festivalının mükafatlandırma və bağlanış mərasimi keçirilib. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Yaradıcı Həftə” çərçivəsində start götürmüş CINEMO Mobil Film Festivalı Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə baş tutub. Devizi “Fikir çəkmə, telefona çək” olan festivalın məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsilə film istehsalının daha […]

Pantomima Teatrının yaranmasının 30 illiyinə həsr olunmuş ETÜD müsabiqəsi

Müsabiqə 29 fevral 2024-cü il saat 14:00-da ADMİU-nun Teatr sənəti fakültəsinin Dram teatrı və kino aktyoru, Musiqili teatr aktyoru, eləcə də SABAH Mərkəzinin Dram teatrı və kino aktyoru ixtisaslaşmalarında bakalavriat səviyyəsi üzrə I və II təhsil ilinin tələbələri arasında keçirilir. Müsabiqənin təşkili və keçirilmə qaydaları: Tələb olunan sənədlər: Qiymətləndirmə və mükafatlandırılma Müsabiqənin keçiriləcəyi məkan: ADMİU […]

ADMİU-nun prorektoru Elmi İşlər Üzrə Komitənin sədr müavini seçilib

Fevralın 21-də Avropa İttifaqının maliyyə dəstəyi ilə Bakı Biznes Universitetinin koordinatorluğunda həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının Yaradılması (ECAR) Layihəsi” çərçivəsində pilot olaraq yaradılmış Elmi İşlər üzrə Komitənin növbəti iclası keçirilib. İclasda açılış nitqi ilə çıxış edən Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov layihənin Azərbaycan ali təhsilinə verdiyi və verə biləcəyi töhfələr barədə ətraflı bəhs […]

Rusiyanın Aleksandrinski Teatrının nümayəndə heyəti ADMIU-da qonaq olub

Fevralın 19-da Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) nümayəndə heyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar. Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) direktoru Sergey Yemelyanov, direktor müavinləri Danil Tolmaçev və Alisa Naumenkonun təmsil olunduğu nümayəndə heyətini qəbul edən ADMİU-nun rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində salamlamaqdan […]

AMEA nəsimi adına Dilçilik Institutunun kitab hədiyyəsi

ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi oxuculara daha yaxşı xidmət göstərmək və işini peşəkar səviyyədə qurmaq üçün kitabxana fondunun zənginləşdirilməsi məqsədilə müxtəlif təşkilatlardan mütəmadi olaraq kitab hədiyyə alır. Bu sahədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutları hər zaman Kitabxana-İnformasiya Mərkəzinə dəstək olur və alimlərin müxtəlif nəşrlərini universitetə göndərir. AMEA nəsimi adına Dilçilik İnstitutuna ünvanlanmış rəsmi məktuba cavab olaraq […]

Türksoy-un kitab hədiyyəsi

11-15 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş 9-cu Beynəlxalq Kitab Sərgisində təmsil olunan xarici ölkə nüməyəndələri ilə görüş keçirilib. Tədbirdə TÜRKSOY-un stendində nümayiş olunan yeni kitablar ADMİU-da fəaliyyət göstərən TÜRKSOY kafedrasına hədiyyə olunub. TÜRKSOY tərəfindən çap edilmiş rəssamlıq, kino və teatr sənətinə dair […]