Ümumi Şöbənin Müdiri
Mirzəyeva Aygül Telman qızı 1992-ci ildə Bakı şəhərində anadan olub.
2014-cü ildə ADMİU-nun Kulturologiya fakültəsinin Beynəlxalq münasibətlər ixtisasını, 2022-ci ildə isə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya siyasəti ixtisası üzrə magistratura təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 2016-cı ildən başlamış A.Mirzəyeva, Ümumi şöbədə operator, kargüzar, mütəxəssis və aparıcı mütəxəssis vəzifələrində çalışmış, 30.03.2022-ci il tarixində Ümumi şöbənin müdiri vəzifəsinə təyin olunmuşdur. Bir çox məqalə və tezislərin müəllifidir. 2021-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
26.09.2022-ci il tarixində HRCİ tərəfindən Beynəlxalq Akkreditasiyadan keçmiş HR Beginner Milli sertifikasiya proqramını müvəffəqiyyətlə bitirib.
2022-ci ildən ADMİU-nun Sosial-siyasi elmlər kafedrasında elmi pedaqoji fəaliyyətə başlamış və eyni zamanda Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının saathesabı müəllimidir.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Siyasi elmlər” elm sahəsi üzrə Davamlı inkişafın idarə edilməsi ixtisasında doktorantura təhsili alır.

