Ümumi Şöbənin Müdiri
Mirzəyeva Aygül Telman qızı 1992-ci ildə Bakı şəhərində anadan olub.
2014-cü ildə ADMİU-nun Kulturologiya fakültəsinin Beynəlxalq münasibətlər ixtisasını, 2022-ci ildə isə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya siyasəti ixtisası üzrə magistratura təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 2016-cı ildən başlamış A.Mirzəyeva, Ümumi şöbədə operator, kargüzar, mütəxəssis və aparıcı mütəxəssis vəzifələrində çalışmış, 30.03.2022-ci il tarixində Ümumi şöbənin müdiri vəzifəsinə təyin olunmuşdur. Bir çox məqalə və tezislərin müəllifidir. 2021-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
26.09.2022-ci il tarixində HRCİ tərəfindən Beynəlxalq Akkreditasiyadan keçmiş HR Beginner Milli sertifikasiya proqramını müvəffəqiyyətlə bitirib.
2022-ci ildən ADMİU-nun Sosial-siyasi elmlər kafedrasında elmi pedaqoji fəaliyyətə başlamış və eyni zamanda Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının saathesabı müəllimidir.