Azərbaycan əcnəbi gənclərin gözü ilə…

Oktyabrın 24-də Bakı Fotoqrafiya Evində qeyri-adi bir sərgi açılacaq: “I AM HERE / MƏN BURADAYAM”.
Sərgidə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) təhsil alan əcnəbi tələbələrin Azərbaycan mövzusuna həsr edilmiş foto əsərləri təqdim olunacaq.
Gəlin, 24 oktyabr saat 16:00-da İçərişəhərdəki Bakı Fotoqrafiya Evində (Kiçik Qala 42) bu baxışların fotolara hopmuş səsini eşidək.