Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 2024-2025-ci tədris ilinin payız semestri üçün MBA proqramına müəllim vakansiyası elan edir

Mədəniyyət və incəsənət sahəsində (əlaqəli sahələrdə) biznes və idarəetmə üzrə müəyyən iş təcrübəsi olan, yüksək pedaqoji keyfiyyətlərə malik, Azərbaycan, ingilis və rus dillərində aşağıda göstərilən fənləri tədris etməyi bacaran şəxslər ADMİU-da MBA proqramı üzrə saathesabı qaydada tədrisə cəlb olunmaq üçün dəvət olunurlar:

Mədəniyyət və incəsənət sahəsinin iqtisadiyyatı

Mədəniyyət və incəsənət müəssisələrinin idarə edilməsi

Sivilizasiya tarixi

Mədəniyyət və incəsənətin sosiologiyası

Mədəniyyət və incəsənət sahəsində strategiya

Mədəniyyət və incəsənət sahəsində tədbirlərin təşkili

Maliyyə uçotu və vergi

Liderlik və təşkilatçılıq

Mədəniyyət və incəsənət sahəsində insan resurslarının idarə edilməsi

Mədəniyyət və incəsənət sahəsində hüquq

Mədəniyyət və incəsənət sahəsində rəqəmsal marketinq

Qoyulan tələblər:

  • ən azı magistr dərəcəsinin olması
  • xarici dil bilikləri
  • auditoriya ilə işləmək bacarıqları
  • mədəniyyət və incəsənət sahəsində biznes və idarəetmə üzrə iş təcrübəsi

Müraciət etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

  • CV
  • fənn üzrə sillabus
  • ali təhsilin və hər hansı elmi dərəcənin olması barədə sənəd
  • şəxsiyyət vəsiqəsinin surəti
  • mövcud olan sertifikatlar

Sənədlərinizi 2024-cü ilin sentyabr ayının 12-ə qədər aşağıda göstərilən mail ünvanına göndərə bilərsiniz.

Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39. elavatahsil@admiu.edu.az

Əlaqə nömrəsi: (012) 599-00-54; (+994)50 250-34-80