Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Bakı Fransız Liseyi arasında «Əməkdaşlıq haqqında» Memorandum imzalanıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Bakı Fransız Liseyi Təhsil Kompleksində Bakı Fransız Liseyi (BFL) arasında «Əməkdaşlıq haqqında» Memorandum imzalanıb. Memarandumu ADMİU-nun rektoru professor FərəhƏliyeva, BFL-in İdarəetmə Komitəsinin sədri, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov imzalayıb. İmzalanma mərasimindən sonra əməkdaşlığın ilk layihəsi olan birgə konsert proqramı təşkil olunub. Konsert ADMİU-nun Tələbə-Gənclər Estrada Orkestri (30 nəfər) və BFL-in kollektivinin iştirakı ilə keçib. Bayram ərəfəsində baş tutan tədbirdə xüsusi şən, bayram əhval ruhiyyəsi bəxş edən Azərbaycan və xarici bəstəkarların seçilmiş əsərləri səsləndirilib.