Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrası tədris ustası vəzifəsi üzrə vakansiya elan edir
Tələblər:
- Ali və ya orta ixtisas təhsili (magistr dərəcəsi üstünlükdür);
- Müvafiq ixtisas üzrə və ya təhsil sahəsi üzrə iş təcrübəsi arzuolunandır;
- Xarici dil bilikləri olanlara üstünlük veriləcəkdir;
- Ms Office proqramları üzrə biliklər;
- Ünsiyyətcillik, komandada işləmək bacarığı;
- Ali məktəb pedaqogikasını və psixologiyasını, tələbələrlə davranış qaydalarını, onlarla işin psixoloji xüsusiyyətlərini bilmək.
Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə bilərlər.
Müraciət üçün son tarix: 15.10.2025-ci il saat 18:00
Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)

