Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti rektorun layihələr üzrə müşaviri vəzifəsi üzrə vakansiya elan edir

Tələblər:

  • Ali təhsil (incəsənət, mədəniyyət idarəçiliyi və ya əlaqəli sahələr üzrə üstünlük verilir);
  • Kreativ layihələrin idarə olunması sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Təhsil, mədəniyyət və ya ictimai layihələr üzrə təcrübə üstünlük hesab edilir;
  • Layihələrin planlaşdırılması, təqdimatı və icrasına dair praktiki biliklər;
  • Strateji düşünmə və yaradıcı yanaşma;
  • Layihə idarəetməsi bacarıqları;
  • Ms Office proqramlarında işləmək bacarığı;
  • Analitik düşüncə və təşəbbüskarlıq;
  • Komanda ilə işləmək və koordinasiya bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (əlavə dil biliyi arzuolunandır);

Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə  bilərlər.

Müraciət üçün son tarix: 20.02.2026-cı il saat 18:00

Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)