Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Qızıl Aypara Cəmiyyətinin seminarı keçirilib
Seminarda AzQAC-ın Beynəlxalq Humanitar Hüquq və Fundamental Prinsiplərin Yayımı sektorunun müdiri Xalid Xəlilov və Gənclər Könüllülər şöbəsinin müdiri, icraçı katibin müavini Xalidə İsgəndərova I kurs “Sosial iş” ixtisasının tələbələrinə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının yaranma tarixi, tərkibi, fəaliyyəti , fundamental prinsiplər və missiyası haqqında geniş məlumatlar veriblər. Tədbirdə könüllü təşkilatlar haqqında məlumat verilmiş və braşuralar paylanılmışdır.