Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilin İnkişafı Fondu “TəhsilPlus” layihəsi ilə bağlı müzakirə keçirilib
30 iyun 2025-ci il tarixində Təhsilin İnkişafı Fondunun (TİF) nümayəndələri tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professor-müəllim və inzibati heyəti ilə müzakirə formatlı görüş keçirilib. “TəhsilPlus” layihəsi barədə məlumat verilib və layihə ilə bağlı universitet heyətinin təklifləri müzakirə olunub.
Təhsil işçiləri üçün “TəhsilPlus” kartı proqramını pedaqoji heyəti, idarəedici heyəti, ümumiyyətlə, təhsil sahəsində çalışan bütün əməkdaşları əhatə edəcəyi bildirilib.
Yaradıcı sənayenin xüsusi ehtiyacları diqqətə çatdırılıb və müvafiq təkliflər verilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Təhsilin İnkişafı Fondu ilə mütəmadi əlaqədədir və əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Fondun rəhbərliyinə və kollektivinə təhsil sahəsində dayanıqlı inkişafa dəstək verən layihələri üçün təşəkkür edirik.