Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanınmış alim, arxeoloq Lâtife Summerer seminarlar keçirəcək

Şimali Kiprin Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin professoru, doktor Lâtife Summerer 14-18 oktyabr 2024-cü il tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dünya mədəni irsinin qorunması, arxeologiya, klassik arxeologiya və qədim dövr tarixi mövzularında seminarlar keçirəcəkdir.

Maraqlanan professor-müəllim heyəti, magistrantlar və doktorantları seminarlara qatılmağa dəvət edirik.
Əlaqə: Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Elmi Şura otağı.
Telefon: (+994 12) 599 00 54
Fax: (+994 12) 538 61 27
Email: info@admiu.edu.az