Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Audiovizual sənətlər fakültəsinin ixtisas kafedralarına 2025/2026-cı tədris ili üzrə müvafiq sahədə təhsili və pedaqoji təcrübəsi olan müəllimlərin işə qəbulu elan edilir

Fənlərin siyahısı:

  • Kino-foto və televiziya, işıq texnikası 1;
  • Kino-foto və televiziya, işıq texnikası 2;
  • Kino-tele aparatları və optik sistemlər 1;
  • Kino-tele aparatları və optik sistemlər 2;
  • Eksponometriya;
  • Vizual informasiya daşıyıcıları və işığa həssas materiallar 1;
  • Vizual informasiya daşıyıcıları və işığa həssas materiallar 2;
  • Quraşdırılmış səhnə çəkilişləri və xüsusi effektlər 3;
  • Fotokompozisiya;
  • Fotokompozisiya 1;
  • Fotokompozisiya 2;
  • Fotokompozisiya 3;
  • Fotokompozisiya 4;
  • Təcrübi eksponometriya;
  • Filmin istehsalı;
  • Ekran sənətində prodüserlik sistemi;
  • Kinorejissoruluğun əsasları;
  • İstehsalat təlimi;
  • Filmin struktur və konseptual əsasları 1;
  • Rəngşünaslıq;
  • Rejissor sənəti (kino istehsalının dramaturji strukturu, texnoloji inteqrasiya prosesləri və performativ rejussura modelləri);
  • Əməli təhlil metodikası;
  • Kinorejissorluğu;
  • Kino və televiziya sənayesinin standartları və hüquqi normativləri;
  • Müasir televiziya yayımı;
  • Televiziya dilində poetika və vizual struktur.

Tələblər: 

  • Tədris olunan fənlərə uyğun baza təhsili;
  • Ən azı 3 il elmi-pedaqoji təcrübə (elmi dərəcə və elmi adı olanlara üstünlük veriləcək);
  • Ms Office proqramları üzrə biliklər;
  • İnnovativ tədris metodlarından istifadə;
  • Müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyət qabiliyyəti.

Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resusrları şöbəsinə sənədlərini şəxsən təqdim edə  bilərlər.

Müraciət üçün son tarix: 10.09.2025-ci il saat 18:00

Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)