Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin Sosial-mədəni fəaliyyət kafedrası 2025/2026-cı tədris ili üzrə müvafiq sahədə təhsili və pedaqoji təcrübəsi olan müəllimlərin işə qəbulunu elan edir
Fənlərin siyahısı:
- Yeniyetmələrlə və gənclərlə sosial iş;
- Fərdlər, qruplar və ailələrlə sosial iş;
- Məişət zorakılığı və sosial iş;
- İctimai rəyin öyrənilməsinin sosioloji problemləri;
- Sosial tədqiqata giriş;
- Azərbaycanda sosial yardım sistemləri.
- Azərbaycan mədəniyyət tarixi;
- Azərbaycan mədəniyyət tarixi 2;
- Mədəni sosiologiya;
- Bədii ifaçılıq sənətinin tarixi;
- Sosial kulturologiya;
- Multikulturalizmə giriş.
Tələblər:
- Tədris olunan fənlərə uyğun baza təhsili;
- Ən azı 3 il elmi-pedaqoji təcrübə (elmi dərəcə və elmi adı olanlara üstünlük veriləcək);
- Ms Office proqramları üzrə biliklər;
- İnnovativ tədris metodlarından istifadə;
- Müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyət qabiliyyəti.
Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resusrları şöbəsinə sənədlərini şəxsən təqdim edə bilərlər.
Müraciət üçün son tarix: 10.09.2025-ci il saat 18:00
Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)

