Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsi tyutor vəzifəsi üzrə vakansiya elan edir

Tələblər:

  • Ali təhsil (magistr dərəcəsi üstünlükdür);
  • Ən azı 1 il iş təcrübəsi (Tyutor təlim sertifikatı arzuolunandır);
  • Təhsil haqqında AR Prezidentinin, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin, mərkəzi icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini bilmək;
  • Ünsiyyətcillik, analitik düşünmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Ali məktəb pedaqogikasını və psixologiyasını, tələbələrlə davranış qaydalarını, onlarla işin psixoloji xüsusiyyətlərini bilmək; 
  • Azərbaycan dilini mükəmməl bilmək (xarici dil bilikləri üstünlükdür);
  • Ms Office proqramlarında işləmək bacarığı.

Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə bilərlər.

Müraciət üçün son tarix: 15.08.2025-ci il saat 18:00

Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar  pr. 39)