Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsərrüfat şöbəsi gözətçi vəzifəsi üzrə vakansiya elan edir

Tələblər:

  • Orta təhsil;
  • Ən azı 1 il iş təcrübəsi (mühafizə sahəsində işləyənlərə üstünlük verilir);
  • İşdə düzgünlük və operativlik;
  • Məsuliyyətlilik və diqqətlilik, davranış qaydalarına riayət etmək.

Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə  bilərlər.

Müraciət üçün son tarix: 15.01.2026-cı il saat 18:00

Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)