“Azərbaycan Respublikasında mədəni müxtəliflik və sosial münasibətlər” mövzusunda dəyirmi masa
Mayın 2-də Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitutsiya və Suverenlik ili elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrə həsr olunmuş “Azərbaycan Respublikasında mədəni müxtəliflik və sosial münasibətlər” mövzusunda elmi seminar formatında dəyirmi masa keçirilib.
Tədbirin açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra iştirakçılar qarşısında çıxışlar olub.
Elmi seminarda Sosial-mədəni fəaliyyət kafedrasının müdiri, dosent Sevinc Əskərova, kafedranın professoru Mübariz Süleymanlı, kafedranın dosenti Aygün Eyvazlı, baş müəllimi Namiq Kərimov, müəllimləri Günel İbrahimova, Lalə Məcidova, Firəngiz Məhərrəmova, Nəzrin Arixova, həmçinin Muzeyşünaslıq və Turizm kafedrasının müəllimi Ülkər Zeynalova iştirak ediblər. Onlar mövzu ilə bağlı fikir və tövsiyələrini bölüşüb, tələbələrin elmi axtarışlarını yüksək qiymətləndiriblər.
Tədbirdə müxtəlif ixtisas istiqamətləri üzrə təhsil alan tələbələr- İzel Mahmudova (“Azərbaycanın gələcək təməlində təhsil siyasətinin rolu” (KTX22)), Musayeva Zinyət (“Heydər Əliyevin Azərbaycan mədəniyyətində rolu” (KTX22)), Aydan Muradova (“Azərbaycanda mədəni müxtəlifliyin Heydər Əliyev mərhələsi” (KTX22)), Talıblı Xanım (“Mədəni müxtəliflik və sosial münasibətlər: Konstitusiya və Suverenlik ili kontekstində” (TB22)), Mirzəyeva Ləman (“Azərbaycan Respublikasında mədəni müxtəliflik və sosial münasibətlər” (SO22)), Mehdizadə Asya – “Gənclər, mədəniyyət və cəmiyyət” (SW24)), Vəliyev Nəbi (“Social work in the protection and transmission of cultural heritage to future generations” (SW22, ingilis dilində çıxış)) mövzularda çıxış ediblər.
Tədbirin sonunda çıxış edən bütün tələbələrə sertifikatlar təqdim olunub.