Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt
Bu günlərdə bp-nin maliyyə dəstəyi ilə gənc tədqiqatçı – Ayaz İlyasovun “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt” adlı nəşri geniş ictimaiyyətə təqdim edilib.
Kitab Şərqdə ilk demokratik parlament respublikası kimi yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin (28 may 1918 – 28 aprel 1920) qurucuları, qəbul edilən mühüm qərarlar, demokratik dəyərlər və beynəlxalq münasibətlərdə tutduğu mövqe haqqında faktlarla oxucuya yeni yanaşma və maraqlı təqdimat üslubu ilə çatdırılır.
Elmi-publisistik materialların yığcam, anlaşılan və faktoloji dəqiqliyə əsaslanan formada verilməsi milli dövlətçiliyimizin zəngin və çoxşaxəli tarixinin araşdırılmasında mühüm mənbədir.
Kitabın müəllifi tarix mövzusunda podkastların müəllifi kimi tanınan və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən “Fərdi jurnalist müsabiqəsi”nin dördqat qalibi olan Ayaz İlyasovdur. Ayaz hazırda İctimai Radionun baş redaktorudur.
Kitabxana-informasiya mərkəzi tariximizə işıq saçan bu dəyərli nəşri ADMİU-nun rəhbərliyinə və kitabxanamıza hədiyyə etdiyi üçün Ayaz İlyasova təşəkkürümüzü bildiririk.

