Bakı 2026: Dünya Şəhər Forumu ilə qlobal diqqət mərkəzində
2026-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhəri dünyanın aparıcı şəhərsalma mütəxəssislərini və beynəlxalq təşkilatların yüksək nümayəndələrini bir araya gətirəcək. Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Məskənləri Proqramı – UN-Habitat tərəfindən keçirilən Ümumdünya Şəhər Forumu – WUF13 ilk dəfə olaraq ölkəmizdə təşkil olunacaq.
Forumun tədbirlər planına Azərbaycan üzrə cəmi iki universitet cəlb olunub ki, onlardan biri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, digəri isə Azərbaycan Memarlıq və İnşaat Universitetidir.
WUF13 Forumunun 2026-cı il mayın 17-dən 22-dək keçirilməsi nəzərdə tutulur. Forumun builki devizi – “Dünyada yaşayış: Təhlükəsiz və möhkəm şəhərlər və icmalar” – çağdaş dünyanın üzləşdiyi əsas problemlərdən biri olan sürətli urbanizasiyanın fəsadlarına qarşı birgə yanaşmaların müəyyənləşdirilməsinə xidmət edəcək.
Ümumdünya Şəhər Forumu ilk dəfə 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilib və sonrakı illərdə Braziliya, İspaniya, Çin, Kolumbiya, Malayziya və digər ölkələr ev sahibliyi ediblər. Bu Forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir və ölkəmizin urbanizasiya sahəsində qazandığı uğurların beynəlxalq miqyasda tanınmasının daha bir sübutudur.
Bu forum çərçivəsində ADMİU da fəal iştirak edərək müəllim və tələbə heyəti üçün müxtəlif tədbirlər planı tərtib edib.
Universitet tərəfindən WUF13 ilə bağlı tədbirlər həyata keçirilir:
- Məlumatlandırıcı təqdimatlar: WUF13-ün məqsədi, mövzuları və əhəmiyyəti barədə professor-müəllim heyətinə geniş məlumat verilmişdir.
- Tələbələrin WUF13 tədbirlərində könüllü və ya iştirakçı qismində yer alması üçün imkanlar yaradılmışdır.
WUF13 ilə bağlı universitet tədbirlərində iştirak etmək üçün qeydiyyat prosesi aşağıdakı mərhələlər üzrə aparılır:
Elanların verilməsi: Universitetin rəsmi saytı, sosial şəbəkə hesabları və elektron poçt vasitəsilə tədbirlər haqqında elanların paylaşdırılması.
Məlumatların təsdiqi: Qeydiyyatdan keçən iştirakçıların məlumatlarının yoxlanılması və təsdiq edilməsi.
İştirakçı siyahısının formalaşdırılması: Qeydiyyatı tamamlayan professor-müəllim və könüllü tələbələrin siyahısının təsdiqi.
Forumda iştirak etmək üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz: https://wuf.unhabitat.org/wuf13
In 2026, Azerbaijan’s capital city, Baku, will bring together the world’s leading urban development experts and senior representatives of international organizations. For the first time, the World Urban Forum (WUF13), organized by the United Nations Human Settlements Programme (UN-Habitat), will be hosted in our country.
Only two universities from Azerbaijan have been involved in the Forum’s program of events: Azerbaijan State University of Culture and Arts and Azerbaijan University of Architecture and Construction.
The WUF13 Forum is scheduled to take place from May 17 to 22, 2026. This year’s theme, “Living in the World: Safe and Resilient Cities and Communities,” aims to help identify joint approaches to addressing the consequences of rapid urbanization, one of the major challenges facing the contemporary world.
The World Urban Forum was first held in 2002 in Nairobi, Kenya, and in subsequent years it has been hosted by countries such as Brazil, Spain, China, Colombia, Malaysia, and others. Holding this Forum in Baku is a reflection of Azerbaijan’s international standing and another clear demonstration of the international recognition of the country’s achievements in the field of urbanization.
Within the framework of this Forum, the Azerbaijan State University of Culture and Arts (ASUCA) is also actively participating and has developed a range of activities for its faculty members and students.
The following activities related to WUF13 are being implemented by the University:
• Informational presentations: Faculty members have been provided with comprehensive information on the objectives, themes, and significance of WUF13.
• Student participation: Opportunities have been created for students to take part in WUF13 events as volunteers or participants.
The registration process for participation in university events related to WUF13 is carried out in the following stages:
Dissemination of information: Sharing details about the events through the University’s official website, social media accounts, and email.
Verification of data: Checking and confirming the information provided by registered participants.
Formation of the participant list: Approval of the list of faculty members and volunteer students who have completed registration.
To participate in the Forum, you may register via the following link: https://wuf.unhabitat.org/wuf13

