“Beynəlxalq autizm konfransı: Autizm: Tədqiqatdan təcrübəyə” adlı elmi konfrans keçirilib

23-25 aprel tarixlərində “Beynəlxalq autizm konfransı: Autizm: Tədqiqatdan təcrübəyə” adlı elmi konfrans keçirilib.
Konfransın məqsədi beynəlxaq mütəxəssislərin təqdimatında autizm haqqında müasir elmi araşdırmaları, həmçinin autizmə effektiv müdaxilə metodları, autizmli şəxslərin inklüziv təhsilə cəlb edilməsi və onlar üçün dayanıqlı məşğulluq imkanları haqqında yenilikləri əlaqədar sahələrdə çalışan yerli mütəxəssislərin diqqətinə çatdırmaq, həmçinin autizm haqqında maarifləndirmə aparmaq olub. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva, Sosial-mədəni fəaliyyət kafedrasının müdiri dosent Sevinc Əskərova, kafedranın müəllimləri Ülkər Rzayeva, Naib Niftəliyev, Lalə Məcidova və universitetin psixoloqu Aynur Rəhimova iştirak ediblər.
Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.