“BirgəKod – Azərbaycan Biznes Mədəniyyəti” kitabı ADMİU-da
Gənclər üçün hazırlanan “BirgəKod – Azərbaycan Biznes Mədəniyyəti” kitabı artıq universitetimizdədir.
İnsan İnkişafı Forumu və Platforması layihələri çərçivəsində tərtib edilən “BirgəKod – Azərbaycan Biznes Mədəniyyəti” kitabının məqsədi Azərbaycanın milli-mənəvi dəyərlərinə və ənənələlərinə əsaslanan fundamental kompetensiyaları inkişaf etdirməklə gəncləri iş dünyasına hazırlamaqdır. Həmçinin, kreativ biznes və mədəniyyət sahələrində yeni iş yerlərinin yaradılmasını təşviq etmək, bu sahələrdə fəaliyyət göstərən şəxslərin peşəkar bacarıqlarını inkişaf etdirmək və beynəlxalq standartlara yaxınlaşmalarını dəstəkləməkdə hədəflənir. Burada mədəniyyət sənayesinin inkişafına təsir göstərə biləcək intellektual-mədəni məzmuna malik maraqlı resurslar toplanıb. Kitab yalnız bir biznes təlimi deyil, eyni zamanda, Azərbaycanın müasir və gələcək inkişafı üçün əhəmiyyətli bir çağırışdır. Nəşri Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Paşa Holding-in maliyyə dəstəyi ilə KOB-lar üçün Milli Təhsil Texnologiyaları Mərkəzi və İnkişaf Korporasiyasının birgə işçi qrupu hazırlayıb. Kitabdan istifadə üçün ADMİU-nun Kitabxana-informasiya mərkəzinə müraciət edə, habelə, rəqəmsal variantda qeyd olunan linkə daxil olaraq yararlanmaq mümkündür – https://smb.gov.az/storage/Az%C9%99rbaycan_Biznes_M%C9%99d%C9%99niyy%C9%99ti.pdf.
“BirgəKod – Azərbaycan Biznes Mədəniyyəti” kitabını ADMİU-ya hədiyyə edərək oxucular üçün əlçatanlığını təmin edən İnsan İnkişafı Forumunun rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk!