ADMİU-da “Musiqi terapiyası” üzrə təlim proqramı

6–10 aprel 2026-cı il tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor-müəllim heyəti və mütəxəssislər üçün 5 günlük “Musiqi terapiyası” təlim proqramı təşkil olunacaq. Təlimlər Azərbaycan Dövlət Konservatoriyasının məzunu, Almaniyada musiqi terapiyası ixtisası üzrə təhsil almış, Almaniyanın Essen şəhərində yerləşən Folkvang İncəsənət Universitetinin professoru, Königsborn (Unna şəhəri) ərazisində yerləşən uşaq tibb müəssisəsinin və əlilliyi olan […]

ADMİU-nun tələbəsi yeni tamaşasını təqdim edəcək

3 mart, saat 15:00-da Azərbaycan Teatr Xadimləri İttifaqında rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavloviç Çexovun “Ayı” adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək.Tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) teatr rejissorluğu fakültəsinin l təhsil ili tələbəsi yazıçı-rejissor Samirə Əşrəf, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.Səhnə əsərində […]

“ŞƏHƏR MÜHİTİNDƏ MƏDƏNİ İRS VƏ MÜASİR İNCƏSƏNƏT DİALOQU” MÖVZUSUNDA PANEL MÜZAKİRƏ

Şəhərsalma və dayanıqlı şəhərlər mövzusunda ən aparıcı mütəxəssisləri toplayacaq 13-cü Dünya Şəhərsalma Forumuna (WUF13) Azərbaycan  Dövlət Mədəniyyət və İncəsənət Universitetinin töhfəsi “Şəhər mühitində mədəni irs və müasir incəsənət dialoqu” adlı tədbirlə qoşulması olacaq. Müasir urbanizasiya prosesləri yalnız fiziki məkanlar və infrastrukturlarla məhdudlaşmır. XXI əsrin şəhərləri getdikcə daha çox rəqəmsal mühitlər, virtual cəmiyyətlərlə identifikasiya olunur. Bu […]

“PİLLƏ 4” RESPUBLİKA TƏLƏBƏ TAMAŞALARI FESTİVALI

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir. 4-8 may 2026-cı il tarixinəd baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadları aşkarlamaq, teatr mədəniyyətini təbliğ etmək və ali təhsil müəssisələri arasında yaradıcılıq mühiti formalaşdırmaq məqsədi daşıyır. Festival “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında müəyyən olunan […]

ADMİU-da Payız imtahan sessiyası: məmnuniyyət sorğusu

6-28 fevral tarixlərində ADMİU-nun Keyfiyyət təminatı və strateji planlama departamenti tərəfindən 2025/2026-cı tədris ilinin payız semestrində imtahan sessiyasında iştirak etmiş tələbələr arasında “Payız imtahan sessiyası: məmnuniyyət sorğusu”nun keçirilməsi nəzərdə tutulub. Keyfiyyət təminatı və strateji planlama departamenti hər il ənənəvi olaraq ADMİU-da imtahan sessiyasının təşkili və qiymətləndirilmə prosesinin daha da təkmilləşdirilməsi məqsədilə tələbələr arasında məmnuniyyət sorğusu […]

ADMİU-da ənənəvi “Mədəniyyət: problemlər və perspektivlər” konfransı keçiriləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda doktorant və gənc tədqiqatçıların XVIII Respublika Elmi Konfransı keçirməyi planlaşdırır. Konfrans 17 aprel 2026-cı il tarixində baş tutacaq. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 2007-ci ildən etibarən doktorant və gənc tədqiqatçıların ənənəvi Respublika elmi konfransını keçirir. Artıq ənənə halını almış bu konfrans 2026-ci […]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Teatr 2.0: Ruh və kod” adlı Beynəlxalq Tələbə Elmi Konfransı keçiriləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 10 Mart Milli Teatr Günü və 27 Mart Beynəlxalq Teatr Gününə həsr olunmuş “Teatr 2.0: Ruh və kod” adlı Beynəlxalq Tələbə Elmi Konfransı keçiriləcək.  Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən hər il ənənəvi olaraq keçirilən konfransda yalnız tələbə-teatrşünaslar deyil, universitetin, həmçinin digər ali təhsil müəssisələrinin, eləcə də xarici ölkə universitetlərinin […]

“Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda konfrans keçiriləcək

30 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXV Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.  Konfransda iştirak etmək üçün humanitar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının elmi işçiləri, ali və orta təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorant, dissertant və magistrantlar  dəvət edilir. Konfransın məqsədi:Türk xalqlarının bədii mədəniyyətinin tədqiqi […]

ADMİU-ya bərpa olunmaq istəyənlərin nəzərinə!

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarına (1 nömrəli əlavə, bənd 4) əsasən, 2025/2026-cı tədris ilinin yaz semestri üçün ADMİU-ya bərpa olunmaq istəyənlər üçün ərizə qəbulu elan olunur. Ərizə qəbulu müddəti:06 yanvar 2026-cı il – 04 fevral 2026-cı il Bərpa olunmaq istəyənlər müəyyən olunmuş müddət ərzində müvafiq […]

Bakı 2026: Dünya Şəhər Forumu ilə qlobal diqqət mərkəzində

2026-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhəri dünyanın aparıcı şəhərsalma mütəxəssislərini və beynəlxalq təşkilatların yüksək nümayəndələrini bir araya gətirəcək. Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Məskənləri Proqramı – UN-Habitat tərəfindən keçirilən Ümumdünya Şəhər Forumu – WUF13 ilk dəfə olaraq ölkəmizdə təşkil olunacaq. Forumun tədbirlər planına Azərbaycan üzrə cəmi iki universitet cəlb olunub ki, onlardan biri Azərbaycan Dövlət […]

TƏSVİRİ SƏNƏT KAĞIZDA yaradıcılıq sərgisi

Klassik Azərbaycan təsviri sənəti ənənələrini yaşatmaq, rəssamın təxəyyülünü və estetik baxışını kağız üzərində ifadə imkanları ilə tamaşaçıya təqdim etmək, eyni zamanda kağız üzərində yaradılmış əsərlərə ictimai marağı artırmaq məqsədilə “Təsviri sənət kağızda” adlı yaradıcılıq sərgisinə əsər qəbulu elan olunur. Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tərəfdaşlığı və Azərbaycan Rəssamlar İttifaqı, […]