“Şəbi-hicran” adlı konsert-tamaşa keçirilib
Dekabrın 5-də R. Behbudov adına Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllim və tələbələrinin ifasında “Şəbi-hicran” adlı konsert-tamaşa keçirilib.Dahi bəstəkar, musiqişünas, pedaqoq Ü. Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbirin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeyster Əməkdar müəllim Təranə Yusifova, vokalçıları hazırlayan Xalq artisti Gülyaz Məmmədovadır.Konsert-tamaşada solistlər Fidan Süleymanzadə, Toğrul […]










