Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin (TEYC) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ilinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Anım tədbiri Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir […]
“Axı dünya fırlanır” adlı ədəbi-bədii kompozisiya keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatr sənəti fakültəsi Səhnə danışığı kafedrası müəllimləri yaradıcılıq ifa işlərini təqdim ediblər. “Axı dünya fırlanır” adlı ədəbi-bədii kompozisiya mərhum Xalq şairi, ictimai xadim Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunub.Tədbirin əvvəlində Səhnə danışığı kafedrasının müdiri, professor, Xalq artisti Məmmədsəfa Qasımov çıxış edərək bildirib ki, ədəbi-bədii kompozisiyada ölməz şairin […]
Xalq şairinin xatirəsinə həsr olunmuş “Bəxtiyaram mən” konserti keçirilib
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsi Muğam sənəti kafedrasının təşkilatçılığı ilə Xalq şairi, ictimai xadim, akademik Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr edilmiş “Bəxtiyaram mən” adlı konsert proqramı keçirilib.Konsertdə ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, digər universitetlərin rektorları, ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak ediblər.Konsert proqramında Muğam sənəti kafedrasının tələbələri […]
Görkəmli bəstəkarların xatirəsinə həsr edilmiş “İllər, illər” adlı konsert keçirilib
Dekabrın 22-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsi Estrada sənəti kafedrası tərəfindən Xalq artisti, bəstəkar Tofiq Quliyev və Xalq artisti, bəstəkar Emin Sabitoğlunun xatirəsinə həsr edilmiş “İllər, illər” adlı konsert keçirilib. Konsertdə ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, digər universitetlərin rektorları, ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak ediblər. […]
Məzunlar Assosiasiyasının tədbiri keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Məzunlar Assosiasiyası tərəfindən “Uğur hekayəsi” adlı silsilə tədbirlərin növbətisi baş tutub.Məzunlar Assosiasiyasının sədri Abbasağa Əlizadənin aparıcı ilə keçən tədbirin əsas məqsədi uğur qazanmış məzunların həyat və karyera yolunu gənclərlə bölüşmək, tələbə–məzun əlaqələrini gücləndirmək və Assosiasiyanın fəaliyyətinin əhəmiyyətini vurğulamaqdır.Tədbirin açılışında ADMİU-nun prorektoru, dosent Nigar Rüstəmova çıxış edərək Məzunlar Assosiasiyasının […]
ADMİU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Dekabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Mərasimdə universitet rəhbərliyi, professor-müəllim heyəti və qonaqlar iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, o cümlədən, ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik […]
Mənsum İbrahimovun 65 illik yubileyi ADMİU-da qeyd edilib
Dekabrın 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tanınmış xanəndə, Xalq artisti, “Şöhrət” ordenli Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Mərasimdə ADMİU rəhbərliyi, professor-müəllim heyəti, tanınmış incəsənət xadimləri və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Əməkdar artist, professor Azad Şükürov Mənsum İbrahimovun həyat və yaradıcılığı haqqında geniş məlumat verib, […]
“Şəbi-hicran” adlı konsert-tamaşa keçirilib
Dekabrın 5-də R. Behbudov adına Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllim və tələbələrinin ifasında “Şəbi-hicran” adlı konsert-tamaşa keçirilib.Dahi bəstəkar, musiqişünas, pedaqoq Ü. Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbirin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeyster Əməkdar müəllim Təranə Yusifova, vokalçıları hazırlayan Xalq artisti Gülyaz Məmmədovadır.Konsert-tamaşada solistlər Fidan Süleymanzadə, Toğrul […]
ADMİU tələbələrinin iştirakı ilə Bakı Reabilitasiya Mərkəzində tədbir keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri Bakı Reabilitasiya Mərkəzində Beynəlxalq Əlillər gününə həsr olunmuş tədbirdə iştirak ediblər.ADMİU-da tətbiq olunan“Musiqi terapiyası” layihəsi çərçivəsində keçirilən tədbirdə Bakı Reabilitasiya Mərkəzinin direktoru Vüsalə Kazımova, mərkəzin pasiyentləri və ADMİU-da “Musiqi terapiyası” fənnini tədris edən Aysel Əzizova günün anlam və önəmi ilə bağlı çıxış ediblər.Daha sonra ADMİU-nun “Xalq çalğı […]
“Rəsm sehrinin altında: barokkodan bu günə…” adlı konsert keçirilib
Dekabrın 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrası tərəfindən “Rəsm sehrinin altında: barokkodan bu günə…” adlı konsert proqramı təqdim olunub.Azərbaycan Milli İncəsənət Muzeyinin İtalyan zalında baş tutan tədbir çərçivəsində XVII-XXI əsr bəstəkarlarının əsərləri səsləndirilib. Müəllim və tələbələrin ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.Konsert musiqi sənətinin müxtəlif dövrlərinə nəzər […]
“TGT nədir?” adlı tədbir keçirilib
Dekabrın 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Gənclər Təşkilatının (ADMİU TGT) idarə heyətinin, universitetin rəhbərliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının idarə heyəti nümayəndələrinin və universitet tələbələrinin iştirakı ilə “TGT nədir?” adlı bədii- informativ tədbir proqramı keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Rəsmilərin çıxışları […]
“Sazlı, sözlü Göyçəm” adlı konsert keçirilib
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin Aşıq sənəti kafedrası tərəfindən hazırlanmış “Sazlı, sözlü Göyçəm” adlı konsert keçirilib. Qərbi Azərbaycanın aşıq sənəti irsinin daha geniş tanıdılmasına həsr olunmuş konsertdə ADMİU rəhbərliyi, tanınmış mədəniyyət xadimləri, incəsənət nümayəndələri, saz sənətini sevərlər iştirak ediblər. ADMİU-nun professoru, Əməkdar artist […]













