Oktyabrın 15-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatrşünaslıq kafedrası tərəfindən “Folklor teatrının müasir etnomədəni məkanda mövcudluq parametrləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. Folklor teatrının tədqiqatçısı professor Mahmud Allahverdiyevin 90, rejissor Vaqif İbrahimoğlunun 75 illik yubileyinə həsr olunan konfrans həndpən ifaçısı Əjdər Hümbətovun çıxışı ilə başlayıb. Konfransı giriş sözü ilə açan universitetin rektoru professor […]
Beynəlxalq Muğam Mərkəzində ADMİU-nun pedaqoqları Vamiq Məmmədəliyev və Samirə Əliyevaya həsr olunmuş tədbir keçirilib
Oktyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin təşkilatçılığı ilə bədii gecə keçirilib. ADMİU-nun rəhbərliyi, professor-müəllim kollektivi, tanınmış sənət nümayəndələri, musiqisevərlər və mətbuat nümayəndələrin iştirak etdiyi tədbir Xalq artisti, ustad tarzən Vamiq Məmmədəliyev və ADMİU-nun Aşıq sənəti kafedrasının müdiri, Əməkdar Mədəniyyət işçisi, dosent Samirə Əliyevanın beynəlxalq uğuruna həsr […]
ADMİU-nun dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunmuş tədbir keçirilib
Oktyabrın 11-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Füzuli dünyasında” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova Məhəmməd Füzuli yaradıcılığı haqqında danışaraq onun əsrlərdən bəridir təkcə Azərbaycan ədəbiyyatına deyil, eləcə də Yaxın və […]
ADMİU-da narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib
Oktyabrın 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin təşkilatçılığı ilə universitetin Rəssamlıq fakültəsinin tələbələri üçün narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib. Tədbiri giriş nitqi ilə ADMİU-nun Elm və Yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyeva açaraq dövrümüzün bəlası olan narkomaniya və digər asılılıqlardan danışıb, onların gətirdiyi fəsadları vurğulayıb. ADMİU Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin sədri […]
ADMİU-da narkomaniyaya qarşı tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamın ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə” dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə bağlı 4 oktyabr 2024-cü il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsinin “Sosial-mədəni fəaliyyət” kafedrasının təşəbbüsü və Tələbə Elmi-Yaradıcılıq […]
ADMİU X Bakı Beynəlxalq Kitab Sərgisində Təmsil Olunur
Oktyabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi açılıb.Açılış mərasimində milli musiqi incilərindən parçalar səsləndirilib. Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar sərginin əhəmiyyətini vurğulayaraq, bu hadisənin kitabsevərlər üçün böyük bayram olduğunu deyib. “Kitab həmişə yaşasın və bizi yaşatsın”, – deyə o bildirib. Builki yubiley sərgisi […]
Şəhid Ravil Hümbətovun xatirəsinə həsr olunmuş tədbir keçirilib
Sentyabrın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 27 sentyabr-Vətən müharibəsinin başlamasının ildönümü və şəhidlərimizin anım günü münasibətiylə ADMİU-nun şəhid məzunu Ravil Hümbətova həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ADMİU TGT-nin sədri Fidan Mikayılzadə günün önəmindən danışıb, gənc nəslin heç zaman öz tarixini və başda […]
ADMİU-DA ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Sentyabrın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 27 sentyabr-Vətən müharibəmizin başlamasının ildönümü və şəhidlərimizin anım günü münasibətiylə tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova bu günün önəm və dəyərindən bəhs edib. Bildirib ki, Vətən müharibəsində canından, qanından keçən şəhidlərimizin, qazilərimizin hər biriylə fəxr edir, şəhidlərimizi hər zaman ehtiramla anırıq. […]
“FOLKLOR TEATRININ MÜASİR ETNOMƏDƏNİ MƏKANDA MÖVCUDLUQ PARAMETRLƏRİ” mövzusunda Beynəlxalq Elmi Konfrans haqqında
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) “Folklor teatrının müasir etnomədəni məkanda mövcudluq parametrləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirməyi planlaşdırır.Folklor teatrının tədqiqatçısı professor Mahmud Allahverdiyevin 90, rejissor Vaqif İbrahimoğlunun 75 illik yubileyinə həsr olunan Konfrans 15 oktyabr 2024-ci il tarixində Bakı şəhərində baş tutacaq. Müasir etnomədəni məkanda folklor xüsusi önəm daşıyır. Qloballaşmış dünyada milli kimliyini itirmək təhlükəsi ilə üzləşən […]
ADMİU-DA MİLLİ MUSİQİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Sentyabrın 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü və Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan rektor professor Ceyran Mahmudova milli musiqi gününün qeyd olunmasının əhəmiyyətindən və Üzeyir Hacıbəylinin milli musiqi mədəniyyətində yerindən danışıb. Hər kəsi Musiqi bayramı münasibəti ilə təbrik edən rektor […]
ADMİU-DA “BİLİK GÜNÜ” QEYD EDİLİB
Sentyabrın 16-da yeni dərs ilinin başlaması və “Bilik Günü” ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə universitetin professor-müəllim heyəti, tanınmış sənət nümayəndələri, tələbələr və valideynlər iştirak ediblər. Tədbiri giriş sözüylə açan universitetin rektoru, professor Ceyran Mahmudova rəhbərlik etdiyi ali təhsil ocağının kollektivini, tələbələri, […]
ADMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi “Sağlam insan və dayanıqlı gələcək” mövzulu yay məktəbində təmsil olunub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rusif Əliyev və həmkarlar ittifaqı fəalı olan tələblər Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda təşkil edilmiş yay məktəbində iştirak ediblər. 6-8 sentyabr tarixlərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə yay […]













