Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “İnnovasiya və incəsənətin ustadları: Türk dünyasının dünya elminə və mədəniyyətinə töhfələri” adlı beynəlxalq konfrans keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın Almaniyadakı səfirliklərinin, TÜRKSOY-un və Yunus Emre İnstitutunun (Türkiyə) birgə dəstəyi və təşkilatçılığı, TİKA-nın tərəfdaşlığı ilə baş tutan konfransın məqsədi türk xalqlarının zəngin elmi və mədəni irsinin təbliği və bu […]
ADMİU-da “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib. Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Elm və Təhsil Nazirliyinə daxil olmuş müvafiq məktubda bildirilir ki, insan hüquq və azadlıqlarının təbliği, vətəndaşların öz hüquqları barədə məlumatlılığının artırılması, insan hüquqlarının müdafiəsi sahəsində mövcud çağırışlara diqqət yetirilməsi, eləcə […]
PİLLƏ 3 Respublika Tələbə Tamaşaları Festivalının 2-ci günü maraqlı tamaşalarla yadda qaldı
Azərbaycan Dövlət Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə həyata keçirilən PİLLƏ 3 Respublika Tələbə Tamaşaları Festivalı fərqli tamaşaları, maraqlı müzakirələri və həyəcanlı anları ilə davam edir.Festivalın 2-ci günündə – 27 may tarixi tamaşaların müzakirəsi ilə başladı.Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə komandalarının […]
ADMİU-da “Akademik Bəkir Nəbiyev – 95” mövzusunda tədbir keçirilib
27 may 2025-ci ildəAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Heydər Əliyev mədəniyyət və incəsənət məktəbi”ndə çağdaş dövrün aparıcı ədəbiyyatşünaslarından biri, akademik Bəkir Nəbiyevin 95 illik yubileyinə həsr olunan tədbir keçirildi. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun alimləri və akademikin ailə üzvləri iştirak edirdilər. Açılış nitqi ilə çıxış edən ADMİU-nun Tədris […]
ADMİU-nun da təşkilatçılığı ilə Əhməd Yasəviyə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetində Ankara Hacı Bayram Veli Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU), Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə XII əsrin məşhur mütəfəkkir-şairi Xoca Əhməd Yasəviyə həsr olunmuş “Türk dünyası və Pir-i Türküstan Yasəvi yolu və mirası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. XII əsrdə Türk dilini dünyanın ən inkişaf […]
ADMİU ilk dəfə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında təmsil olunub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilk dəfə olaraq Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında təmsil olunub. Belə ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşanın gözəl memarlıq incilərindən biri – Xan qızı Natəvanın sarayının qarşısında ADMİU-nun tələbələrinin ifasında “Üzeyir bəy belə deyərdi: “Babalı Sərvərin […]
Rektor Ceyran Mahmudovanın başçılığı ilə nümayəndə heyəti Qazaxıstanda keçirilən Beynəlxalq Tələbə Teatrları festivalında iştirak edirlər
ADMİU-nun rektoru professor Ceyran Mahmudovanın başçılığı ilə ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevil Kərimova, rektorun tədrisdə innovasiyalar üzrə müşaviri, professor Validə Məmmədova, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Sitarə Abdullayeva, Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi İsrafil İsrafilov, müəllimlər Mikayıl Mikayılov, Ruslan İsmayılov və iştirakçı tələbələrdən ibarət nümayəndə heyəti 20-22 […]
ADMİU-da Beynəlxalq Muzeylər Günü münasibətilə tələbə elmi konfransı keçirilib
18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsi Muzeyşünaslıq və turizm kafedrasının təşkilatçılığı ilə “Yeni texnologiyaların mədəniyyətə tətbiqinin müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda tələbə elmi konfransı keçirilib. Tədbirdə universitetinin müxtəlif ixtisaslarında təhsil alan tələbələr, Kulturologiya fakültəsinin dekanı, dosent Səyavuş Məhişov, Muzeyşünaslıq və turizm kafedrasının müdiri, dosent […]
ADMİU-da orqan donorluğu ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) orqan donorluğu ilə bağlı “Mən nə üçün donor olmaq istəyirəm?” adlı maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ADMİU-nun Elm və Yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyeva orqan donorluğunun əhəmiyyəti haqqında danışıb, insan həyatı üçün olduqca əhəmiyyətli olan bu mövzu ilə bağlı cəmiyyətimizin daha çox maariflənməsinə […]
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının təşkilatçılığı ilə ənənəvi “Sürət və cürət” III etüd müsabiqəsinin açılış konserti keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert proqramı Beynəlxalq Muğam Mərkəzində ADMİU rəhbərliyinin, professor-müəllim heyətinin, tələbələrin və musiqisevərlərin iştirakı ilə baş tutub. Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova artıq 3-cü dəfədir keçirilən və ənənə halını alan müsabiqənin əhəmiyyətindən danışıb, onu tələbələrin öz praktiki bacarıqlarını artırmaları, Azərbaycan və […]
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir və konfrans keçirilib
Mayın 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə “Ulu öndər Heydər Əliyevin dövlətçilik siyasəti” mövzusunda tədbir keçirilib.Tədbir iştirakçıları və qonaqlar öncə universitetdə H.Əliyevin büstünü ziyarət edib, önünə gül dəstəsi qoyublar.Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlanan tədbirdə H.Əliyevin, o cümlədən ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğurunda […]
Ü.Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib
Mayın 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsinin Səhnə danışığı kafedrasının təşəbbüsü ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə “Ordan – burdan” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə universitetin tələbələri Əli Nurzadə, Samirə Xanlarova, Məhəmmədəli Namazov, Günel Həmidova, Səma Muğanna, Türkan Qarayeva, Səbuhi Abbasov, Mehriban Nuriyeva, Ayla Əliyeva, Firuzə İsmayıl, […]













