İyulun 14-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin şərəfinə rəsmi nahar verilib. Tədbirdə Azərbaycan və Slovakiya musiqilərindən ibarət konsert proqramı təqdim olunub. Konsert proqramında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin müəllimləri — Əməkdar artist, dosent Toğrul Əsədullayev və baş müəllim Səxavət Məmmədov da iştirak ediblər. ADMİU […]
ADMİU-nun məzun və tələbələrinin iştirakı ilə “Parfümer” tamaşası nümayiş olunub
2026-cı il iyunun 21-də Heydər Əliyev Sarayında “WhiteRoof” teatr studiyasının alman yazıçısı Patrik Züskindin eyniadlı əsəri əsasında hazırladığı “Parfümer” tamaşası nümayiş olunub. Tamaşanın prodüseri Ziya Ağa, quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin RS24 qrupunun tələbəsi Oksana Rəsulova, bəstəkarı (Şimali Makedoniya) Almir Bajramoski, xoreoqrafı və baletmeysteri Əməkdar artist Anar Mikayılov, səhnələşdirən […]
ADMİU-da gənclər arasında narkomaniyanın profilaktikasına həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə ünvanladığı 21 may 2026-cı il tarixli, NNVQD/2-42/2026 nömrəli məktubuna uyğun olaraq, 25 iyun 2026-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sosial-mədəni fəaliyyət kafedrasının […]
ADMİU-nun professoru Vamiq Məmmədəliyevin 80 illik yubileyi qeyd olunub
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Xalq artisti, tanınmış tarzən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Vamiq Məmmədəliyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dövlət və mədəniyyət xadimləri, elm və incəsənət nümayəndələri, musiqiçilər, ziyalılar və sənətsevərlər iştirak ediblər. Yubiley gecəsində çıxış edənlər Vamiq Məmmədəliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafında, milli ifaçılıq ənənələrinin qorunub saxlanılmasında […]
Xankəndidə ilk dəfə Milli Qurtuluş Günü qeyd olunub
15 İyun – Milli Qurtuluş Günü münasibətilə Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə bayram konserti təşkil olunub. Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən tədbir ölkənin aparıcı bədii kollektivlərinin genişmiqyaslı mədəni qastrol proqramı çərçivəsində baş tutub. Konsertdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, tarzən Səxavət Məmmədov solist qismində çıxış edib. Tədbirdə əvvəlcə Milli […]
ADMİU nümayəndəsi Qırğızıstanda keçirilən beynəlxalq konfransda elmi məruzə ilə çıxış edib
19–23 may 2026-cı il tarixlərində Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində “Культурное наследие народов Содружества: Ремесленный предмет как носитель культурного кода” (“Birlik ölkələri xalqlarının mədəni irsi: sənətkarlıq nümunəsi mədəni kodun daşıyıcısı kimi”) adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Səfərova iştirak edib. Nəzakət Səfərova tədbir […]
“Azərbaycan silahşünaslığının aktual problemləri” adlı İkinci beynəlxalq elmi-praktik konfrans
Konfransın tarixi: 29-30 oktyabr 2026-ci il Konfransın keçirildiyi yer: Azərbaycan Milli Xalça Muzeyi Konfransın keçirilməsində məqsəd: Azərbaycanın qədim dövrlərdən bu günə qədər tarixi silahşünaslığına dair müasir tədqiqat və materialları elmi dövriyyəyə daxil etmək, yerli və xarici muzeylərdə, eləcə də şəxsi kolleksiyalarda saxlanılan Azərbaycan silahları haqqında məlumat mübadiləsini təşkil etmək;tarixi silahların mühafizəsi, nümayişi və bərpası problemlərini […]
28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.Tədbiri giriş sözü ilə universitetin rektoru professor Ceyran Mahmudova açaraq 28 May – Müstəqillik Gününün Azərbaycan tarixində xüsusi yer tutduğunu vurğulayıb. Rektor qeyd edib ki, ölkəmizdə dövlət əhəmiyyətli günlər münasibətilə rəhbərlik etdiyi […]
Şuşa Humanitar Kolleci ADMİU-da konsert proqramı ilə çıxış edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Şuşa Humanitar Kollecinin təqdimatında möhtəşəm konsert proqramı keçirilib.Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və incəsənət nümayəndələri iştirak ediblər. Musiqi dolu gecədə Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət rəngarəng proqram tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.Konsert proqramında Şuşa Humanitar Kollecinin istedadlı tələbələrinin ifasında bir-birindən gözəl musiqi nömrələri səsləndirilib.Tədbirdə […]
ADMİU-nun müəllimi Stokholmda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş konsertdə çıxış edib
Stokholmda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş klassik musiqi konserti keçirilib. Stokholm Tarix Muzeyinin “Barokko” zalında keçirilən tədbirdə Azərbaycanın İsveçdəki səfirliyinin əməkdaşları, Şimali Kipr Türk Cümhuriyyətinin Stokholmdakı nümayəndəliyinin rəhbəri Hakan Aksoy, İsveçin müxtəlif şəhərlərindən Azərbaycan diasporunun nümayəndələri, Danimarkadan gələn qonaqlar və İsveçin klassik musiqi həvəskarları iştirak ediblər. Diasporla İş üzrə Dövlət […]
ADMİU tələbəsinin layihəsi- Heydər Əliyev təqaüdçülərinin ilk birgə konserti
Azərbaycan Milli İncəsənət Muzeyində ilk dəfə Heydər Əliyev təqaüdçülərinin birgə iştirakı ilə Ümummilli Liderin anadan olmasının 103 illiyinə həsr olunan instrumental kamera konserti keçirilib.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Universitetin rektoru professor Ceyran Mahmudova bu mötəbər layihədə çıxış edən gənc musiqiçilərin incəsənət sahəsində artıq ilk uğurlu addımlarını ataraq, […]
“Eco-Art” Festivalı keçirilib
Mayın 11-də Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öncəsi keçirilən Bakı Şəhərsalma Kampaniyası çərçivəsində “Eco-Art” Festivalı keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova şəhərin inkişafının yalnız memarlıq və infrastrukturla deyil, […]













