ADMİU-da “Arto epoxasının teatrı” mövzusunda tələbə elmi konfransı keçiriləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Arto epoxasının teatrı” mövzusunda tələbə elmi konfransı keçiriləcək. Hər il ənənəvi olaraq Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən təşkil edilən və əsasən III kurs tələbə-teatrşünasların qatıldığı konfransda başqa kurslardan olan tələbə-teatrşünasların iştirakı da planlaşdırılır. Konfransın “Arto epoxasının teatrı” kimi mövzunu seçməsi teatrın keçdiyi tarixi dinamik prosesin əsas məqamlarını, […]

ADMİU ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən beynəlxalq tədbirdə

ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi ADA Universitetində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş kitab, elm və mədəniyyət bayramı olan beynəlxalq tədbirdə iştirak edib. Oktyabr ayının 25-27 tarixlərində keçirilən tədbirdə “Fədakarlıq, liderlik və ilham dolu əsrin təntənəsi” mövzusunda kitab sərgisi təşkil olunub. Beynəlxalq kitab sərgisində Ulu öndərin mədəniyyət siyasətini əks etdirən nəşrlər, Müzəffər Ali Baş […]

ADMİU-da “ulu öndər Heydər Əliyev – 100” mövzusunda tədbir keçirilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbir təşkil edilib. Universitetin professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbir dövlət himninin səslənməsi ilə başlayıb. Tədbirdə giriş sözü ilə çıxış edən ADMİU-nun Tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Rüstəmova müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu öndərimizin mənalı […]

ADMİU-nun “İncə sənət” komandası tələbələrin III Respublika Elmi Konfransında qalib olub

Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Elektron kataloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi” mövzusunda tələbələrin III Respublika elmi konfransı keçirilib. Konfransda ADMİU-nun Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasının tələbələri Kərimova Həcərxanım, Həsənov İsmayıl, Quliyeva Ləman, Əkbərov Zahid, […]

ADMİU-da “Hüseyn Cavid və dünya romantizmində şərq-qərb təmasları” mövzusunda beynəlxalq tədbir təşkil olunub

Noyabr ayının 30-da ADMİU-da Azərbaycanın dahi dramaturqu, filosof-şair Hüseyn Cavidin 140 illik yubleyinə həsr olunmuş “Hüseyn Cavid və dünya romantizmində Şərq-Qərb təmasları” adlı konfrans keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyi ilə birgə təşkil edilən beynəlxalq konfransa Azərbaycan, Özbəkistan və Türkiyəli alim və tədqiqatçılar böyük ədibin zəngin həyat və yaradıcılığına həsr olunmuş məruzərlə […]