Braziliyanın paytaxtı Brazilia şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyinin təşkilatçılığı ilə Milli Musiqi Gününə həsr olunmuş konsert təşkil olunub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dirijor Əyyub Quliyevin rəhbərliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimi, tarzən Səxavət Məmmədovun iştirakı […]
ADMİU-da milli musiqi gününə həsr olunmuş tədbir keçirilib
Sentyabrın 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü və Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan rektor professor Ceyran Mahmudova milli musiqi gününün qeyd olunmasının əhəmiyyətindən və Üzeyir Hacıbəylinin milli musiqi mədəniyyətində yerindən danışıb. Hər kəsi Musiqi bayramı münasibəti ilə təbrik edən rektor […]
ADMİU-da “bilik günü” qeyd edilib
Sentyabrın 16-da yeni dərs ilinin başlaması və “Bilik Günü” ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə universitetin professor-müəllim heyəti, tanınmış sənət nümayəndələri, tələbələr və valideynlər iştirak ediblər. Tədbiri giriş sözüylə açan universitetin rektoru, professor Ceyran Mahmudova rəhbərlik etdiyi ali təhsil ocağının kollektivini, tələbələri, […]
ADMİU-nun rektoru Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda çıxış edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, Əməkdar İncəsənət Xadimi, professor Ceyran Mahmudova sentyabrın 9-da Bakıda açılış mərasimi baş tutan Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir üç gün davam edib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin […]
ADMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi “Sağlam insan və dayanıqlı gələcək” mövzulu yay məktəbində təmsil olunub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rusif Əliyev və həmkarlar ittifaqı fəalı olan tələblər Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda təşkil edilmiş yay məktəbində iştirak ediblər. 6-8 sentyabr tarixlərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə yay […]
ADMİU-da coşğulu “MƏZUN GÜNÜ”
İyunun 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Məzun günü” keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, məzunlar, valideynlər, eləcə də əvvəlki illərdə universitetin məzunu olmuş tanınmış sənətçilər iştirak ediblər. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rəsmi hissənin açılışını edən […]
ADMİU “Azərbaycan Rektorlar Konfransının Yaradılması” layihəsinin yekun hesabat konfransında təmsil olunub
İyunun 20-də Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycan Rektorlar Konfransının Yaradılması” layihəsinin yekun hesabat konfransı keçirilib. Konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) Tədris işləri üzrə prorektor dosent Nigar Rüstəmova, Beynəlxalq əlaqələr üzrə prorektor dosent Nizami Əsədov və “Beynəlxalq layihələr və əcnəbilərlə iş” şöbəsinin baş mütəxəssisi Məsturə Quliyeva iştirak ediblər. Dövlət himninin səslənməsi ilə […]
Ənənəvi “Gümüş Nar” festivalı COP29 layihəsinə həsr olunub
Mayın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin tələbələrinin COP29 layihəsi çərçivəsində yekun açıq hava sərgisi – ənənəvi “Gümüş nar” festivalı keçirilib. Festivalda ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və media nümayəndələri iştirak ediblər. ADMİU-nun rektoru, professor Ceyran Mahmudova tədbir iştirakçılarını salamlayaraq keçirilən “Gümüş nar” festivalı haqqında geniş məlumat verib. Bildirib ki, altıncı […]
ADMIU-da Azərbaycan Xalq Cümhuriyyətinin 106 illiyi qeyd edilib
Mayın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 106-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova bildirib ki, 28 may tarixi ölkəmiz üçün fəxrlə, qürurla qeyd edilən bir tarixdir. Çünki müstəqil milli dövlətə sahib olmaq hər bir xalqın ən böyük uğuru və […]
“TÜRKSOY” II Beynəlxalq tələbə tamaşaları festivalının mətbuat konfransi keçirilib
Mayın 20-də TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə TÜRKSOY II Beynəlxalq Tələbə Tamaşaları Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransa TÜRKSOY-un baş katibi Sultan Rayev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, Ankara Musiqi […]
Bəstəkar Ramiz Mirişlinin 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Mayın 16-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin “Estrada sənəti” kafedrasının təşkilatçılığı ilə Xalq artisti, bəstəkar Ramiz Mirişlinin 90 illik yubileyinə həsr edilmiş konsert proqramı keçirilib. Tədbirdə Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Güllü İsmayılova, professor Məryəm Babayeva çıxış edərək bəstəkarın həyat və yaradıcılığından bəhs edib. Proqramın bədii […]
Heydər Əliyev və qərbi Azərbaycan mövzusunda tədbir keçirilib
Mayın 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Ədəbiyyat və dillər kafedrasının təşkilatçılığı ilə “Böyük ictimai xadim, siyasi lider Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tanınmış ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər. Tədbirdən öncə Ulu Öndərin büstünün önünə əklil qoyulub, xatirəsi bir dəqiqəlik sükutla anılıb.Sonra Ulu […]













