Oktyabrın 2-də Bakı İqlim Həftəsi çərçivəsində “Dayanıqlı Expo: Planet üçün Sənət və İnnovasiya” tədbiri keçirilib. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin tələbələri də öz əl işləri ilə iştirak ediblər.
ADMİU-nun rektoru Özbəkistanda keçirilən beynəlxalq elmi konfransda çıxış edib
Sentyabrın 27-də Özbəkistan Respublikasında “Sənətşünaslıq və kulturologiyanın aktual məsələləri: problemlər və həllər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Özbəkistanın Elm, Təhsil və İnnovasiya Nazirliyi, Mədəniyyət Nazirliyi və Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin təşkilatçılığı ilə keçirilən Konfransda Özbəkistan, Azərbaycan, Türkiyə, Cənubi Koreya, Çin, Rusiya və başqa ölkələrin nümayəndələri çıxış ediblər. “Sənətşünaslıq və kulturologiyanın aktual məsələləri: problemlər […]
ADMİU-da Anım gününə həsr olunmuş tədbir və sərgi keçirilib
Sentyabrın 26-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 27 sentyabr- Anım gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni və ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələblər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor […]
ADMİU-da Ü.Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
Sentyabrın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dahi Azərbaycan bəstəkarı, musiqişünas alim, dramaturq, ictimai xadim Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibəti ilə Respublika elmi-nəzəri konfransı keçirilib. “Üzeyir Hacıbəyli irsi teatr və kino kontekstində” adlı konfransda universitet rəhbərliyi, tanınmış incəsənət, mədəniyyət nümayəndələri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Konfransı giriş sözü ilə açan ADMİU-nun […]
ADMİU-da Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib
Sentyabrın 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dahi bəstəkar, musiqişünas alim, pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, müxtəlif ali təhsil ocaqlarının rektorları, ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və media mənsubları iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlayan tədbirdə açılış nitqi ilə çıxış edən […]
ADMİU-nun müəllimləri Türkmənistanda keçirilən konsertdə iştirak ediblər
Avazada davam edən Birləşmiş Millətlər Təşkilatının (BMT) Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində “Azərbaycan milli günü” keçirilib. Bildirilib ki, tədbirin əsas məqsədi Azərbaycanın zəngin mədəni və mənəvi irsini beynəlxalq ictimaiyyətə təqdim etməkdir. Açılışı keçirilən “Azərbaycanın milli irsinin inciləri” adlı sərgidə Azərbaycan xalçaçılıq ənənələri və müxtəlif xalça məktəblərinə aid nümunələr, milli […]
ADMİU-nun tələbələri “Gürcüstan-Azərbaycan gənclər düşərgəsi”ndə iştirak ediblər
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əməkdaşı Toğrul Qasımov və beş nəfər tələbə Gürcüstanda keçirilən “Gürcüstan-Azərbaycan gənclər düşərgəsi”ndə iştirak ediblər.3-8 avqust tarixlərində baş tutan düşərgə iyulun 22-dən 27-dək ölkəmizdə keçirilmiş Azərbaycan-Gürcüstan “Gənclər həftəsi”nin davamı olub.49 nəfər azərbaycanlı gəncin qatıldığı düşərgənin bədii rəhbəri Toğrul Qasımov düşərgə boyunca keçirilən konsert proqramlarının və bədii-əyləncəli tədbirlərin təşkilinə və […]
ADMİU-nun unudulmaz “Məzun günü”…
İyunun 19-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2024-2025-ci tədris ilinin “Məzun günü” keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, məzunlar, valideynlər və qonaqlar iştirak ediblər. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rəsmi hissənin açılışını edən ADMİU-nun rektoru professor Ceyran […]
ADMİU-da Milli Mətbuatın 150 illiyinə həsr olunmuş tədbir keçirilib
İyunun 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Sözün 150 İli” adlı tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, Azərbaycan mətbuatının tanınmış simaları və jurnalistlər iştirak ediblər. Tədbirin təşkilatçısı və aparıcısı ADMİU-nun mətbuat katibi Şahanə Müşfiq milli mətbuatımızın tarixinə qısa nəzər salaraq qeyd edib ki, 150 […]
ADMİU-nun müəllimləri Berlində konsert proqramı ilə çıxış ediblər
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “İnnovasiya və incəsənətin ustadları: Türk dünyasının dünya elminə və mədəniyyətinə töhfələri” adlı beynəlxalq konfrans keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın Almaniyadakı səfirliklərinin, TÜRKSOY-un və Yunus Emre İnstitutunun (Türkiyə) birgə dəstəyi və təşkilatçılığı, TİKA-nın tərəfdaşlığı ilə baş tutan konfransın məqsədi türk xalqlarının zəngin elmi və mədəni irsinin təbliği və bu […]
ADMİU-da “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib. Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Elm və Təhsil Nazirliyinə daxil olmuş müvafiq məktubda bildirilir ki, insan hüquq və azadlıqlarının təbliği, vətəndaşların öz hüquqları barədə məlumatlılığının artırılması, insan hüquqlarının müdafiəsi sahəsində mövcud çağırışlara diqqət yetirilməsi, eləcə […]
PİLLƏ 3 Respublika Tələbə Tamaşaları Festivalının 2-ci günü maraqlı tamaşalarla yadda qaldı
Azərbaycan Dövlət Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə həyata keçirilən PİLLƏ 3 Respublika Tələbə Tamaşaları Festivalı fərqli tamaşaları, maraqlı müzakirələri və həyəcanlı anları ilə davam edir.Festivalın 2-ci günündə – 27 may tarixi tamaşaların müzakirəsi ilə başladı.Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə komandalarının […]













