ADMİU-da süni intellekt əsaslı “Sintez” proqramı təqdim olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dörd əsas fakültəni əhatə edən, süni intellekt əsaslı “Sintez” proqramının rəsmi təqdimatı keçirilib. Rektorun və universitet rəhbərliyinin iştirak etdiyi görüşdə ənənəvi sənət təhsili ilə rəqəmsal texnologiyaların vəhdətindən doğan yeni imkanlar ətrafında geniş və səmərəli müzakirələr aparılıb.Proqramı Audiovizual sənətlər fakültəsi üzrə Anar Verdiyev, Fərhad Quliyev, Azər Həsənov, İctimaiyyətlə əlaqələr […]

Qazax tələbələr ADMİU-da elmi-tədqiqat təcrübəsi keçirlər

Kulyaş Bayseitova adına Qazaxıstan Milli İncəsənət Universitetinin 22 nəfər magistr tələbəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) elmi-tədqiqat təcrübəsi keçmək məqsədilə Azərbaycana səfər ediblər.Bu münasibətlə fevralın 16-da təcrübəçi tələbələrlə universitetin fakültə dekanları və kafedra müdirlərinin ilkin görüşü keçirilib.Görüşü salamlama nitqi ilə açan ADMİU-nun Tədris işləri üzrə prorektoru dosent Nigar Rüstəmova qeyd edib ki, 09.09.2023-cü […]

Dizayner tələbələrin buraxılış müdafiəsi keçirilib

ADMİU-nun Rəssamlıq fakültəsində magistratura səviyyəsi üzrə İnteryer dizaynı və Geyim dizaynı ixtisasları tələbələrinin buraxılış müdafiəsi keçirilib. Müdafiə prosesində magistrantlar tərəfindən hazırlanmış yaradıcılıq layihələri və tədqiqat işləri təqdim olunaraq, onların peşəkar bilik və bacarıqları nümayiş etdirilib. Qeyd edək ki, Geyim dizaynı ixtisası üzrə magistrantların elmi rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim Nəzakət Səfərovadır.Təqdim olunan işlər […]

ADMİU-nun prorektoru Sevil Kərimova və Xalq artisti Zamiq Əliyev mükafatlandırılıb

Bu günlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova və ADMİU-nun professoru, Xalq artisti Zamiq Əliyev yubileyləri münasibətilə Mədəniyyət Nazirliyinin Fəxri diplomları ilə təltif olunublar.Yubilyarlara mükafatları mədəniyyət naziri Adil Kərimli təqdim edərək onları əlamətdar yubileyləri münasibəti ilə təbrik edib, uzun ömür, can sağlığı və fəaliyyətlərində daha böyük […]

Bakı 2026: Dünya Şəhər Forumu ilə qlobal diqqət mərkəzində

2026-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhəri dünyanın aparıcı şəhərsalma mütəxəssislərini və beynəlxalq təşkilatların yüksək nümayəndələrini bir araya gətirəcək. Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Məskənləri Proqramı – UN-Habitat tərəfindən keçirilən Ümumdünya Şəhər Forumu – WUF13 ilk dəfə olaraq ölkəmizdə təşkil olunacaq. Forumun tədbirlər planına Azərbaycan üzrə cəmi iki universitet cəlb olunub ki, onlardan biri Azərbaycan Dövlət […]

Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov dəyərli nəşrlərini kitabxanamıza hədiyyə edib

Azərbaycan tarixşünaslığında və mədəni irsinin qorunması istiqamətində aparılan tədqiqatlarda saxtalaşdırılmış faktların ifşası mühüm yer tutur. Bu baxımdan, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, intellektual mülkiyyət hüququ üzrə ekspert, professor Kamran İmanov tərəfindən hazırlanan tarixi-siyasi məzmunlu nəşrlər xüsusi əhəmiyyət kəsb edir. Bugünlərdə tanınmış dövlət xadimi K.İmanovun müəllifi olduğu 12 adda elmi əsər Azərbaycan Dövlət […]

ADMİU tələbələrinin Antalyada böyük uğuru

Türkiyənin Antalya şəhərində keçirilmiş “Akdeniz Sounds 2025” II Beynəlxalq Gənclər Festivalı və Müsabiqəsi Azərbaycan nümayəndə heyəti üçün əlamətdar uğurla yadda qalıb.Müsabiqə Akdeniz Universiteti və Qazaxıstan Milli Sənət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin əsas məqsədi musiqi sahəsində gənc istedadların üzə çıxarılması, ölkələr arasında mədəni əməkdaşlığın genişləndirilməsi və beynəlxalq yaradıcılıq mühitinin inkişafına töhfə vermək olub.Festival […]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilin İnkişafı Fondu “TəhsilPlus” layihəsi ilə bağlı müzakirə keçirilib

30 iyun 2025-ci il tarixində Təhsilin İnkişafı Fondunun (TİF) nümayəndələri tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professor-müəllim və inzibati heyəti ilə müzakirə formatlı görüş keçirilib. “TəhsilPlus” layihəsi barədə məlumat verilib və layihə ilə bağlı universitet heyətinin təklifləri müzakirə olunub.Təhsil işçiləri üçün “TəhsilPlus” kartı proqramını pedaqoji heyəti, idarəedici heyəti, ümumiyyətlə, təhsil sahəsində çalışan bütün […]

“Kreativ Gənclər Düşərgəsi II” uğurla reallaşıb

16-18 may tarixində “İdman Paytaxtı” Quba şəhərində “Kreativ gənclər II” düşərgəsi keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə baş tutan düşərgədə 120 nəfər tələbə iştirak edib. Düşərgədə ADMİU-nun tələbələri ilə yanaşı, Bakı Musiqi Akademiyası və Bakı Xoreoqrafiya Akademiyasının, ADMİU nəzdində Humanitar Kollecin tələbələri də təmsil olunublar. Düşərgənin […]

ADMİU əməkdaşlarının Yevlax və Mingəçevirdə komanda quruculuğu səfəri baş tutub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) bir qrup əməkdaşı 9 may tarixində Yevlax və Mingəçevir şəhərlərinə komanda quruculuğu və əyləncə məqsədli səfər ediblər. Səfər, fevral ayından etibarən davam edən və əməkdaşlar arasında ünsiyyəti, qarşılıqlı münasibətləri möhkəmləndirməyə yönəlmiş komanda quruculuğu fəaliyyətlərinin növbəti mərhələsi olub. Səfər çərçivəsində iştirakçılar əvvəlcə Yevlaxda yerləşən Regional Televiziya – “EL TV”nin […]

Qarabağa həsr olunan sərgidə ADMİU tələbələrinin də əsərləri yer alıb

Bakıda gənc rəssamların Qarabağa həsr olunan əsərlərindən ibarət sərgi açılıb. Qarabağ Dirçəliş Fondu (QDF) tərəfindən təşkil edilən sərgidə tələbə rəssamların əl işləri nümayiş olunur. QDF-nin İdarə heyətinin sədri Rəhman Hacıyev çıxış edərək bildirib ki, Qarabağın təbiətinə, abidələrinə, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə həsr edilən 38 tablo Berlin […]