Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin Xalq çalğı alətləri ifaçılığı kafedrasının kamança ixtisası üzrə tələbəsi Mahir Quliyev Yaponiya və Polşa arasında keçirilən onlayn XXII Beynəlxalq İncəsənət Müsabiqəsində iştirak edib.Uğurla çıxış edən M. Quliyev müsabiqənin 1-ci dərəcəli diplomuna layiq görülüb.Onun müəllimi, Xalq çalğı alətləri ifaçılığı kafedrasının dosenti, Əməkdar artist Fəridə Məlikova isə müsabiqə […]
ADMİU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub
Martın 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ADMİU Həmkarlar İttifaqının təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə universitet rəhbərliyi, ADMİU-nun xanım əməkdaşları, tələbələr iştirak ediblər.ADMİU-nun Musiqili teatr aktyoru kafedrasının müdiri, Əməkdar artist, professor Azad Şükürov, Əməkdar artist, professor Ağalar Bayramov, Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar İncəsənət Xadimi, […]
ADMİU-nun dosenti Qəbələdə ustad dərsi keçib
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Qəbələ şəhər Uşaq incəsənət məktəbində ustad dərsləri keçirilib.Fortepiano ilə tar ixtisaslarını əhatə edən ustad dərslərində Qəbələ və Oğuz rayonlarında fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müvafiq ixtisaslar üzrə müəllim və şagirdləri iştirak ediblər.Tədbirdə iştirak edən MEMİM-in şöbə müdiri […]
Tələbələrə “Həmkarlar İttifaqı təqaüdü” verilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim edib.Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların rəhbərliyi, ölkənin bir sıra ali təhsil müəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və tələbələr iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə […]
ADMİU-da “Keyfiyyət təminatı bələdçisi” qaydalar toplusu nəşr olunub
“Keyfiyyət təminatçı bələdçisi” qaydalar toplusu ali təhsil müəssisələrində tədris, idarəetmə və qiymətləndirmə proseslərinin milli və beynəlxalq standartlara uyğun şəkildə sistemli və davamlı təkmilləşdirilməsini təmin edən vahid sənəddir. Bələdçi, universitetin keyfiyyət təminatı mexanizmlərinə sistemli yanaşmanı müəyyən etməklə, məzunların rəqabət qabiliyyətinin yüksəlməsinə və əmək bazarında uğurlu mövqe tutmasına mühüm töhfə verir.Nəşrin əsas məqsədi təhsilin keyfiyyətini və şəffaflığını […]
“Ayı” tamaşasının premyerası keçirilib
Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavloviç Çexovun “Ayı” adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası baş tutub. Tamaşanın premyerasında mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, ədəbiyyat və media mənsubları iştirak ediblər. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) […]
ADMİU Elmi Şurasının növbəti iclası baş tutub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi Şurasının növbəti iclası keçirilib. İclasın əvvəlində universitetin rektoru professor Ceyran Mahmudova Səhnə danışığı kafedrasının baş müəllimi Əlizaman Mirzəyevi 65 illik yubileyi münasibəti ilə təbrik edib, ona uzun ömür, cansağlığı, pedaqoji və elmi fəaliyyətində uğurlar arzulayıb. Daha sonra iclas gündəlikdəki məsələlər, hesabatlar və cari məsələlərlə öz işini davam […]
Heydər Əliyev Mərkəzində Azərbaycan miniatürü ilə bağlı mühazirə keçirilib
Martın 2-də Heydər Əliyev Mərkəzində “Azərbaycan miniatürünün təşəkkülü və inkişaf tarixi” mövzusunda təlim-mühazirə təşkil olunub. Mühazirəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov təqdim edib. Tədbirdə Azərbaycan miniatürünün təşəkkülü və formalaşma mərhələləri, Təbriz məktəbinin aparıcı rolu, Səfəvilər dövründə klassik zirvəyə yüksəlməsi və […]
ADMİU-nun tələbələri “Tilov” serialının yaradıcı heyət ilə görüşüb
Azərbaycan Kinematoqrafçılar İttifaqının kino zalında “Tilov ” serialının yaradıcı heyəti ilə görüş keçirilib.Görüşdə serialın rejissoru Emil Quliyev, ssenari müəllifləri Pərviz Həsənov və Araz Bayramov, operatoru Məhəmməd Osmanov, aktrisalar Yaqut Paşayeva, Mələk Mustafayeva, aktyor Amid Qasımov iştirak ediblər.Serialın yaradıcı heyəti ilə tələbə və gənc kinematoqrafçıların görüşü onların bu sahə ilə bağlı maraqlarını təmin etməyə şərait yaradıb.Görüşün […]
Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Mülki Müdafiə qərargahının təşkilatçılığı ilə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.Tədbirə universitetin əməkdaşları və tələbələr böyük maraq və diqqət göstəriblər.Tədbir iştirakçılarına aşağıdakı mövzular barədə məlumat verilib.-Ümumdünya Mülki müdafiə gününün mahiyyəti və məqsədi-Fərdi mühafizə vasitələri və onlardan istifadə qaydaları-Kollektiv mühafizə vasitələri nədir və necə qorunaq-Fövqəladə hadisələr zamanı davranış […]
ADMİU-nun tələbələri ilə qazax tələbələrin birgə konserti keçirilib
Kulyaş Bayseitova adına Qazaxıstan Milli İncəsənət Universitetinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unversitetində (ADMİU) təcrübə keçən magistr tələbələri ilə ADMİU-nun Estrada sənəti kafedrasının tələbələrinin birgə konserti baş tutub.ADMİU rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin qatıldığı konsertdə Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi də iştirak edib.Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayıb və […]
ADMİU-nun tələbələri Xocalı soyqırımına həsr olunmuş tədbirdə iştirak ediblər
Fevralın 26-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin Muzeyşünaslıq və turizm kafedrasının baş müəllimi Kəmalə Məmmədovanın rəhbərliyi ilə kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə təhsil alan III təhsil ili tələbələri Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı – 34: Milli yaddaşın sarsılmazlıq simvolu” anım tədbirində […]













