Beynəlxalq Turizm Bələdçiləri gününə həsr olunmuş təlim-treninq keçirilib

21 fevral Beynəlxalq Turizm bələdçiləri günü münasibətilə 21-24 fevral 2026-cı il tarixlərində AMEA Arxeologiya və Antropologiya İnstitutu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə “Milli, maddi-mədəni irsin qorunması və bələdçilik praktikası” mövzusunda elmi-praktik təlim-treninq layihəsinə həyata keçirilib.Layihənin iki treninqi (21, 22 fevral) AMEA Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən muzey-sərgi zalında, […]

ADMİU-da Təqaüd Komissiyasının iclası keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tələbəyönümlü təhsil mühitinin formalaşdırılması, akademik göstəricilərin yüksəldilməsi və sosial dəstək tədbirlərinin gücləndirilməsi universitetin inkişaf strategiyasının mühüm istiqamətlərindəndir. Fevralın 23-də ADMİU-da tələbələrin akademik nailiyyətlərinin qiymətləndirilməsi, sosial müdafiə mexanizmlərinin təmin edilməsi və təqaüd təyinatı prosesinin normativ sənədlərə uyğun həyata keçirilməsi məqsədilə Təqaüd Komissiyasının iclası keçirilib.Komissiyanın gündəliyinə cari semestr üzrə tələbələrin […]

ADMİU-da süni intellekt əsaslı “Sintez” proqramı təqdim olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dörd əsas fakültəni əhatə edən, süni intellekt əsaslı “Sintez” proqramının rəsmi təqdimatı keçirilib. Rektorun və universitet rəhbərliyinin iştirak etdiyi görüşdə ənənəvi sənət təhsili ilə rəqəmsal texnologiyaların vəhdətindən doğan yeni imkanlar ətrafında geniş və səmərəli müzakirələr aparılıb.Proqramı Audiovizual sənətlər fakültəsi üzrə Anar Verdiyev, Fərhad Quliyev, Azər Həsənov, İctimaiyyətlə əlaqələr […]

ADMİU-da 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə tədbir keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudovanın təşəbbüsü, ADMİU Tələbə Elmi Yaradıcılıq Cəmiyyətinin (TEYC) təşkilatçılığı ilə 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə geniş tərkibli elmi-ictimai tədbir təşkil olunub. Tədbir ana dilimizin dövlətçilik tariximizdə, milli-mənəvi dəyərlər sistemimizdə və milli kimliyimizin formalaşmasında tutduğu mühüm yerə həsr edilib. Azərbaycan Respublikasının Dövlət […]

ADMİU tələbələri Akademik Milli Dram Teatrının səhnəsində…

Fevralın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları tələbələrinin ifasında V.Şekspirin “Hamlet” faciəsinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.Tədbirdə millət vəkilləri, digər ali təhsil ocaqlarının rəhbərləri, incəsənət xadimləri, tanınmış ictimaiyyət nümayəndələri, ADMİU-nun rəhbərliyi və professor-müəllim heyəti, jurnalistlər iştirak ediblər.Tamaşadan öncə çıxış edən Mədəniyyət və İncəsənət […]

Qazax tələbələr ADMİU-da elmi-tədqiqat təcrübəsi keçirlər

Kulyaş Bayseitova adına Qazaxıstan Milli İncəsənət Universitetinin 22 nəfər magistr tələbəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) elmi-tədqiqat təcrübəsi keçmək məqsədilə Azərbaycana səfər ediblər.Bu münasibətlə fevralın 16-da təcrübəçi tələbələrlə universitetin fakültə dekanları və kafedra müdirlərinin ilkin görüşü keçirilib.Görüşü salamlama nitqi ilə açan ADMİU-nun Tədris işləri üzrə prorektoru dosent Nigar Rüstəmova qeyd edib ki, 09.09.2023-cü […]

ADMİU-nun 2026-cı ilə olan ilk Elmi Şura iclası keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi Şurasının 2026-cı ildə ilk iclası keçirilib.İclasın əvvəlində universitetin rektoru professor Ceyran Mahmudova Təsviri sənət kafedrasının baş müəllimi Cavid Əliyevin 65 illik yubileyi münasibəti ilə təbrik edib, ona uzun ömür, can sağlığı, pedaqoji və elmi fəaliyyətində uğurlar arzulayıb.Sonra xanım rektor Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar incəsənət […]

ADMİU-da Doktorantların illik attestasiyası baş tutub

Fevralın 11-i ADMİU-nun rektoru professor Ceyran Mahmudovanın iştirakı ilə doktorantların illik attestasiyası keçirilib. İclasda Elm və yaradıcılıq işləri üzrə prorektor dosent Sədaqət Əliyeva, Beynəlxalq əlaqələr üzrə prorektor dosent Sevil Kərimova, Teatrşünaslıq kafedrasının müdiri professor Aydın Talıbzadə, Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri dosent Ellada Hüseynova da iştirak ediblər.Hazırda ADMİU-da 14 doktorant təhsil almaqdadır. Onlardan 2 […]

Əli Əmirli “Ən yaxşı dramaturq” mükafatına layiq görülüb

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY və “Anadolu” Qəzetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Beynəlxalq TÜRKSOY Teatr Mükafatları sahiblərinə təqdim edilib. Türk Dünyasının müxtəlif coğrafiyalarından teatr sənətkarlarını bir araya gətirən mərasimə çok sayda iştirakçı qatılıb. Türk Dünyasında teatr sənətinə əmək verən sənətkarları təltif etməyi hədəfə alan mükafatlar bu il 11-ci dəfə təqdim olunub. TÜRKSOY üzvü ölkələrdən […]

ADMİU-da “Generativ Süni intellekt və incəsənət təhsili: yaradıcılıqdan pedaqoji dizayna” adlı təlim keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Generativ süni intellekt və incəsənət təhsili: yaradıcılıqdan pedaqoji dizayna” mövzusunda professor-müəllim heyəti üçün elmi-praktiki təlim təşkil olunub. Təlimi Çin Xalq Respublikası, Pekin Pedaqoji Universitetinin Təhsil Texnologiyaları ixtisası üzrə doktorantı, “MindTech” Süni İntellekt Laboratoriyasının tədqiqatçısı, Xəzər Universitetinin Təbiət Elmləri, Sənət və Texnologiya Yüksək Təhsil Fakültəsinin müəllimi Murad Əliyev aparıb.Təlimdən […]

2026-2030-cu illər üzrə Strateji İnkişaf Proqramının hazırlanması ilə bağlı yaradılmış İşçi Qrupun Elmi-tədqiqat (yaradıcılıq) istiqaməti üzrə altqrupun iclası baş tutub

05 fevral 2026-cı il tarixində “ADMİU-nun 2026-2030-cu illər üzrə Strateji İnkişaf Proqramı”nın hazırlanması məqsədilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elm və yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyevanın rəhbərliyi ilə Elmi-tədqiqat (yaradıcılıq) istiqaməti üzrə altqrupun iclası baş tutub.  İclasda Elm və doktorantura şöbəsinin müdiri Fəridə Cəlilova,  Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri Ellada Hüseynova, […]

ADMİU əməkdaşının süni intellekt sahəsində silsilə uğurları

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Televiziya və kino tədris studiyasının müdiri, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin videoqraf-fotoqrafı Azər Həsənov süni intellekt və rəqəmsal innovasiyalar sahəsində peşəkar inkişafını uğurla davam etdirir. O, Azərbaycanda ilk dəfə keçirilən və Bakı Dizayn Akademiyasında 2 ay davam edən Süni İntellekt proqramını fərqlənmə ilə başa vurub. Proqram kreativ sahələrdə […]