ADMİU-nun baş müəllimi Mir Azər Abdullayev beynəlxalq incəsənət simpoziumunda iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) baş müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Mir Azər Abdullayev Bolqarıstan Respublikasında keçirilən Beynəlxalq İncəsənət Simpoziumunda Azərbaycanı təmsil edib. Qara dəniz sahilində, Varna şəhərinin şimalında yerləşən “Rusalka” incəsənət mərkəzində ənənəvi olaraq keçirilən simpozium bu il 24 avqust – 2 sentyabr tarixlərini əhatə edib. 26-cı dəfə təşkil olunan […]

ADMİU tələbəsi Alisa Ağaverdiyeva I’NAZ jurnalının yeni buraxılışında yer alıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Dram teatr və kino aktyorluğu” ixtisasının III kurs tələbəsi Alisa Ağaverdiyeva I’NAZ jurnalının iyul buraxılışında model qismində yer alıb. Təhsili ilə yanaşı, moda və model sahəsində də fəal fəaliyyət göstərən Alisa Ağaverdiyeva hazırda “Moon Model Akademiyası”nda təhsil alır. O, indiyədək müxtəlif moda nümayişlərində, reklam çəkilişlərində və musiqi kliplərində […]

ADMİU-nun əcnəbi tələbəsi beynəlxalq moda tədbirində iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əcnəbi tələbəsi Ayzada Seytibayeva Parisdə keçirilən “Art-Storytelling Paris-Deauville International Fashion Show – The Silk Roads of Fashion” beynəlxalq moda tədbirində iştirak edib. Tədbir çərçivəsində Ayzada Seytibayeva La Galerie Dior-u ziyarət edərək dünya şöhrətli Dior Moda Evinin zəngin irsi, moda tarixinin inkişaf mərhələləri, siluetlərin transformasiyası, sənətkarlıq ənənələri və müasir […]

ADMİU tələbəsi Çində keçirilən Beynəlxalq Vinq Çun Çempionatında 1 qızıl və 2 gümüş medal qazanıb

22–27 iyul 2026-cı il tarixlərində Çin Xalq Respublikasının Foşan şəhərində Beynəlxalq Uşu Federasiyasının təşkilatçılığı ilə Beynəlxalq Vinq Çun Çempionatı keçirilib. Nüfuzlu beynəlxalq yarışda 20-dən çox ölkədən 4000-dən artıq idmançı iştirak edib.Azərbaycan Vinq Çun Federasiyasının yığma komandasının heyətində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs, tələbəsi, Vətən müharibəsi veteranı Azər Sahibi də ölkəmizi təmsil edib.Azər […]

Azərbaycan Kino Gününə həsr olunmuş “AZƏRBAYCAN KİNOSUNUN İNKİŞAF MƏRHƏLƏLƏRİ: Tarixdən rəqəmsal gələcəyə” mövzusunda təlim – mühazirə

3 avqust 2026-cı il tarixində Azərbaycan Kino Günü münasibətilə Heydər Əliyev Mərkəzində “AZƏRBAYCAN KİNOSUNUN İNKİŞAF MƏRHƏLƏLƏRİ: Tarixdən rəqəmsal gələcəyə” mövzusunda maarifləndirici təlim keçirilmişdir. Tədbirin məqsədi Azərbaycan kinosunun zəngin tarixini, keçdiyi inkişaf mərhələlərini, müasir dövrdə rəqəmsal texnologiyaların kino sənətinə təsirini və gələcək inkişaf perspektivlərini iştirakçıların diqqətinə çatdırmaq olmuşdur. Təlimdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) […]

GabalaFest çərçivəsində “Mədəniyyətlərin Qovşağı” Beynəlxalq İncəsənət Sərgisi başa çatıb

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Gilan Holdinqin dəstəyi ilə keçirilən “GabalaFest” bu il yenilənmiş formatda baş tutub. 29 iyul – 3 avqust tarixlərini əhatə edən festival klassik musiqi ilə yanaşı, tətbiqi incəsənət, ədəbiyyat, ustad dərsləri, sərgilər və açıq hava tədbirlərini özündə birləşdirərək Qəbələni altı gün […]

ADMİU magistr tələbəsi Çanaqqala Seramik Simpoziumunda “Zəfər xalçası” layihəsini təqdim edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr tələbəsi, Azərbaycan Milli İncəsənət Muzeyinin Tikmə fondunun müdiri Könül Zeynalova Türkiyədə keçirilən I Beynəlxalq Çanaqqala Seramik Simpoziumunda onlayn məruzə ilə çıxış edib. Könül Zeynalova simpoziumun Azərbaycan sessiyasında “Nakhchivan: An Ancient Land of Azerbaijan – Architectural Heritage, Carpet Art, and Cultural Traditions” mövzusunda məruzə təqdim edib. Çıxışı zamanı müəllif […]

ADMİU müəllimləri Vaqif Poeziya Günlərində çıxış ediblər

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Əməkdar artist, dosent Toğrul Əsədullayev və baş müəllim Səxavət Məmmədov Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində təşkil olunan konsert proqramında iştirak ediblər. İyulun 17-də Molla Pənah Vaqifin məqbərəsi önündə təşkil olunan konsertdə Səxavət Məmmədov tar, Toğrul Əsədullayev isə kamança ifaçısı kimi musiqi nömrələrinin müşayiətini həyata keçiriblər. ADMİU müəllimlərinin ölkənin […]

ADMİU əməkdaşları üçün Şamaxıya birgünlük istirahət səfəri təşkil olunub

İyulun 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitet əməkdaşları üçün Şamaxı şəhərinə birgünlük istirahət səfəri təşkil olunub. Səfərin əsas məqsədi əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, onların istirahətinin təmin olunması, kollektiv daxilində ünsiyyətin və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi olub. Səfər çərçivəsində iştirakçılar Şamaxının zəngin təbiəti və görməli məkanları ilə […]

ADMİU müəllimləri Slovakiya Prezidentinin şərəfinə verilən rəsmi naharın konsert proqramında iştirak ediblər

İyulun 14-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin şərəfinə rəsmi nahar verilib. Tədbirdə Azərbaycan və Slovakiya musiqilərindən ibarət konsert proqramı təqdim olunub. Konsert proqramında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin müəllimləri — Əməkdar artist, dosent Toğrul Əsədullayev və baş müəllim Səxavət Məmmədov da iştirak ediblər. ADMİU […]

ADMİU əməkdaşları üçün Şamaxıda komanda quruculuğu tədbiri təşkil olunub

11 iyul tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Həmkarlar İttifaqı Komitəsinin təşlilatı ilə universitet əməkdaşları üçün komanda quruculuğu fəaliyyətləri çərçivəsində Şamaxıya səfər təşkil olunub. Səfərin əsas məqsədi əməkdaşlar arasında səmərəli ünsiyyəti gücləndirmək, komanda ruhunu möhkəmləndirmək, qarşılıqlı əməkdaşlığı təşviq etmək və qeyri-rəsmi mühitdə sosial əlaqələri inkişaf etdirmək olub. Tədbir çərçivəsində iştirakçılar müxtəlif komanda quruculuğu […]

ADMİU-da QS Subject Rankings – Performing Arts üzrə hazırlıq işləri müzakirə olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində QS Subject Rankings – Performing Arts üzrə aparılan hazırlıq işləri çərçivəsində növbəti işgüzar görüş keçirilib. Görüşdə Beynəlxalq əlaqələr üzrə prorektoru Sevil Kərimova və prorektorluğun əməkdaşları, “ƏSA” Teatrının direktoru və bədii rəhbəri Nihad Qulamzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət “Yuğ” Teatrının Yaradıcılıq şöbəsinin müdiri Elçin Cəfərov iştirak ediblər. […]