Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim və tələbə heyəti ilə yanaşı Türkiyə, Özbəkistandan gələn tədqiqatçılarının da iştirakı ilə “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemlərinə” həsr edilmiş XII beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransı giriş sözü ilə açan Universitetin rektoru, […]
Admiu-da təhsil alan magistr tələbəsinin “Səhnədəki ömür” adlı elmi məqaləsi işıq üzü görüb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin Rejissor sənətinin tarixi və nəzəriyyəsi ixtisasında təhsil alan II kurs magistr tələbəsi Sürayyə Əzizovanın “Səhnədəki ömür” adlı elmi məqaləsi Türkiyə Cumhuriyyətinin “Töre” (Fikir, sənət və ədəbiyyatta) adlı sənət jurnalında işıq üzü görüb. Məqalədə milli teatrımızın ilk peşəkar aktyoru, rejissor, teatrşünas, realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun […]
Admiu tələbələri IV İslam həmrəyliyi oyunlarına həsr olunan “Can Azərbaycan” layihədə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsi Estrada sənəti kafedrasının tələbələri Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədi ilə hazırlanan “Can Azərbaycan” adlı layihədə iştirak edib. Vokal qrupunun tərkibində Estrada sənəti ixtisasında təhsil alan I kurs Nəzakət Veysəlova, Ləman Qasımzadə, Aydın Verdiyev, II kurs tələbələri Cəlal Məlikli, Şahin İmaməliyev, Ceyhunə Əliyeva, məzunlar […]
Admiu-nun professor-müəllim və tələbə heyəti “Muzey könüllüləri” adlı seminarda
18 may Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Xalça Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının birgə layihəsi olan “Muzey könüllüləri” adlı seminar keçirilib. Tədbirdə Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova, fond müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova, Muzeyşünaslıq kafedrasının müdiri, dosent Yeganə Eyvazova, dosent Elfira Məlikova, müəllim Nurlana […]
Admiu-da “Çağdaş Azərbaycan kinosunda rəqəmsal texnologiyalardan istifadə problemləri” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Çağdaş Azərbaycan kinosunda rəqəmsal texnologiyalardan istifadə problemləri” adlı elmi-nəzəri konfrans keçirilib. Konfransda Elm və yaradıcılıq üzrə prorektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadə professor-müəllim və tələbə heyətini salamlayaraq, iştirakçılara uğurlar arzulayıb. Kino-televiziya sənətləri kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Quliyev “Digital Cinematography”ın kino […]
Admiu-nun professor-müəllim və tələbə heyəti “Azərbaycanşünaslığın aktual problemləri: əsas istiqamətləri və perspektivləri” adlı elmi-nəzəri konfransda
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı “Azərbaycanşünaslığın aktual problemləri: əsas iqtiqamətləri və perspektivlər” adlı elmi-nəzəri konfrans keçirilib. Konfransı giriş sözü ilə açan Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva iştirakçıları salamlayaraq qeyd […]
Admiu estrada sənəti kafedrası tələbələrinin konserti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Musiqi sənəti fakültəsinin Estrada sənəti kafedrasında konsert təşkil olunub. Kafedranın müəllimi, Əməkdar artist, professor Gülnaz İsmayılovanın I kurs tələbəsi Valeriya Hüseynzadə İ.Əsədovun “Sən olmasan”, A.A.Duffy, S.Booker “Mercy”, II kurs tələbəsi Tərxan İbrahimov S.Səmədzadənin “Bu dünyanı nağıl bilək”, III kurs tələbəsi Samir Əsgərzadə Bono, The edge “Golden eye”, müəllim İntiqam […]
Admiu tələbələri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qala konsertdə
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Musiqi sənəti fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, dosent Ellada Hüseynova və İnstrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyevanın rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tələbələrin iştirakı ilə I elmi-ifaçılıq konfransın yekun qala konserti keçirilib. Konserti giriş […]
Admiu-nun turizm və otelçilik ixtisasında təhsil alan tələbələr ustad dərsində
Karyera, planlama və inkişaf mərkəzinin dəstəyi ilə New Baku otelində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının baş müəllimi Nizami Əsədov başda olmaqla, Kulturologiya fakültəsinin Turizm və otelçilik ixtisasında təhsil alan III kurs tələbələri “Yeni turizm trendləri və Azərbaycanda turizmin inkişafı” mövzusunda ustad dərsində iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Nizami Əsədov tələbələrə […]
Admiu-da “Sonsuz dəhliz” filmi nümayiş olunub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində “Sonsuz dəhliz” filmi nümayiş olunub. Universitetin professor-müəllim, tələbə heyətinin və Estetik Tərbiyə üzrə Respublika Tədris – Metodik Mərkəzi Təsviri sənət şöbəsinin müdiri İntiqam Babayevin iştirak etdiyi tədbirdə Xocalı faciəsinin yalnız Azərbaycana deyil, bütün bəşəriyyətə qarşı törədilmiş vəhşilik olduğu […]
Admiu tələbələri Denver II skrininq test təlimində iştirak edib
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə professor-müəllim heyəti və Kulturologiya fakültəsinin I, II kurs Sosial iş, II kurs Sosiologiya ixtisası tələbələri Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində beynəlxalq standartlara uyğun olan Denver II skrininq test təlimində iştirak ediblər. Təlim çərçivəsində tələbələr insan alverinə […]
Admiu-nun instrumental ifaçılıq kafedrasının tələbələri I elmi-ifaçılıq konfransda
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Musiqi sənəti fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, dosent Ellada Hüseynova və İnstrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyevanın rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş bakalavr və magistr pilləsində təhsil alan tələbələrin I elmi-ifaçılıq konfransı […]


