“Vətən məni yetişdirib” vətənpərvər musiqi müsabiqəsi

24 dekabr tarixində ADMİU-da , Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və YAP Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən “Vətən Məni Yetişdirib” adlı vətənpərvər musiqi müsabiqəsi keçirilib.     Müsabiqədə qaliblər diplom və mükafatla təltif olunublar. I yerin qalibi – Sevinc Abidinova, II yerin qalibi – Şəfiqə Abbasova, III yerin qalibi – Kamil Abbasov […]

“Sənətə sədaqət” adlı kitabın təqdimat mərasimi keçirilib

23 dekabr 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində əməkdar artist, dosent Mirnazim Əsədullayevə həsr olunmuş “Sənətə Sədaqət” adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tanınmış incəsənət xadimləri və tələbələr iştirak ediblər.     Tədbiri giriş sözü ilə açan akademik, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Rəfael Hüseynov çıxış edərək vurğulayıb ki: “Mirnazim Əsədullayev […]

ADMİU-da Aydın Əzimovla görüş keçirilib

     Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Musiqi sənəti” fakültəsinin təşkilatçılığı ilə, professor, əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzimovla “Mahnı, təsnif, şikəstə” mövzusunda seminar keçirilib.

“Qədim dövlətlərimiz, şəhərlərimiz, abidələrimiz: biz nə bilirik” – müsabiqə

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikultralizm Mərkəzi “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində “Qədim dövlətlərimiz, şəhərlərimiz, abidələrimiz: biz nə bilirik” mövzusunda ali məktəb tələbələrinin iştirakı ilə bilik müsabiqəsi təşkil edib. Müsabiqə Qafqaz Albaniyasının şəhərlərini, abidələrini öyrənmək məqsədi daşıyır. Müsabiqəyə Tələbə elmi cəmiyyətinin xətti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, […]

ADMİU tələbələri ADA Universitetinin kitabxanasında olublar

15.12.2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabşünaslıq və kitabxanaçılıq kafedrasının müəllimi Nərminə Abdullayevanın tədris etdiyi “Kitabxana-informasiya texnologiyaları” fənninin 14-cü “Respublika kitabxanalarında informasiya kommunikasiya texnologiyalarının tətbiqi” mövzusundan irəli gələn təşəbbüsü ilə Kitabxanaçılıq-informasiya ixtisası üzrə təhsil alan II kurs tələbələri Azərbaycan Diplomatik Akademiyasının Kitabxanasında ekskursiyada olublar. 2 saatlıq ekskursiya zamanı ADMİU-nun müəllim və tələbə […]

ADMİU-nun tələbələri Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının 10 illiyinə həsr olunmuş tədbirdə iştirak ediblər

     Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin tələbələri, ADMİU Tələbə Həmkarlar Komitəsinin rəhbərliyi ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının 10 illiyinə həsr olunmuş tədbirdə iştirak ediblər. Tədbirin sonunda tələbələrə çıxışlarına görə Akademiya tərəfindən təşəkkürnamə verilib.

Azərbaycan Sosial İş İctimai Birliyi “Sosial iş və sosial xidmətlərin inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsi” mövzusunda dəyirmi masa təşkil edib

Azərbaycan Sosial İş İctimai Birliyi “Sosial iş və sosial xidmətlərin inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsi” mövzusunda Dəyirmi Masa təşkil edilib.     Azərbaycan Sosial İş İçtimai Birliyi (AZSSİB) 13 Dekabr 2016-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan sosial iş ixtisasının tanınması və sosial xidmətlər keyfiyyətinin yaxşılaşdırılması sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı dəyirmi masa müzakirəsi keçirilib.     Dəyirmi […]

“Multikulturalizm konsepsiyasının sosial-fəlsəfi və mədəni əsasları” mövzusunda respublika elmi-nəzəri konfrans keçirilib

     Əlyazmalar İnstitutunda “Multikulturalizm konsepsiyasının sosial-fəlsəfi və mədəni əsasları” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib. ADMİU-nun professoru Aqşin Babayevin iştirak etdiyi konfransda AMEA M.Füzuli adına Əlyazmalar İnstitunun əməkdaşlarından tarix elmləri doktoru Tahirə Həsənzadə “ XIX əsr Qacarlar nəslinin iki ziyalısı Bakı şəhəri haqqında”, fil.ü.e.d. Nailə Səmədova “Yusif Vəzir Çəmənzəminli publisistikasında multikultural dəyərlər”, tarix üzrə fəlsəfə doktoru […]

ADMİU-nun dosenti Azərbaycan Universitetinin Sosial iş fakültəsində konfransda iştirak edib

14 dekabr 2016-cı il tarixində Azərbaycan Universitetinin Sosial iş fakültəsində qadınlara qarşı zorakılıqla mübarizə yolları müzakirə olunub. Müzakirə üç nəsilin eyni evdə yaşadığı ailədə gənc bir xanımın məruz qaldığı məişət zorakılığı real keysi ətrafında aparılıb. Mövzu üzrə ekspertlər keysi hərtərəfli müzakirə edərək, bənzər problemlərin həlli istiqamətində səmərəli çıxış yolları axtarıb, təkliflər veriblər.     Dəyirmi masada dünyada […]

Ramiz Rövşən ADMİU-nun qonağı oldu

14 dekabr 2016-cı il tarixində ADMİU-da , Azərbaycan ədəbiyyatında öz sözünü demiş şairlərdən olan Ramiz Rövşənin 70 illik yubileyinə həsr olunmuş “Müasir şerimizin nəfəsi” adlı ədəbi-bədii mərasim keçirilib. Şairin özünün də iştirak etdiyi bu mərasimdə universitetin professor-müəllim heyəti, qiraət ustaları və tələbələr çıxış ediblər.     Tədbiri giriş sözü ilə açan, universitetin prorektoru, professor Gülşən Əliyeva qonağa, […]

ADMİU-nun tələbələri beynəlxalq festivalda

     ADMIU-nun “Musiqi sənəti” fakültəsinin instrumental ifaçılığı kafedrasının müəllim və tələbə heyəti 7-12 dekabr 2016-cı il tarixlərində, Polşanın Volin adasında “XII İnternational Culture Caravan” proyekti çərçivəsində keçirilən Christmas Gift Beynəlxalq festival-müsabiqəsinə iştirak etmək dəvətini alıblar. İnstrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqələr laureatı Mehdiyeva Səbinə münsiflər heyətində iştirak edib və beynəlxalq mədəni […]

ADMİU-nun tələbəsinin rejissor işi nümayiş olunub

Mədəniyyət və İncəsənət Universitetinin “Teatr rejissoru” ixtisasında təhsil alan, 4-cü kurs tələbəsi Fuad Cavadzadə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatı dəstəyi ilə A.Kəngərlinin “Bəla” adlı pyesini tamaşaçılara təqdim edib.     Ə.Əmirov adına Mədəniyyət Sarayının yaradıcı aktyorları ilə hazırlanan pyes 5 dekabr R.Behbudov adına Dövlət Mahnı Teatrında nümayiş etdirilib.     Maraqla qarşılanan tamaşanın sonunda, Bakı şəhər […]