İyun ayının 9-u Əməkdar artist, görkəmli tarzən, professor Vamiq Məmmədəliyevin 70 yaşı olur.Vamiq Məmmədəli oğlu Məmmədəliyеv 1946-cı il iyun ayının 9-u Bakının Kürdəxanı qəsəbəsində ziyalı ailəsində anadan olub. 1953-1964-cü illərdə 113 nömrəli Kürdəxanı kənd məktəbində orta təhsil alıb. İbtidai musiqi təhsilini kənd klubunun tar dərnəyini aparan Dərdayıl Aydəmirovun sinfində alıb. Bir müddət sonra 1963-cü ildə […]
ADMİU-nun nümayəndəsi “1905.az” diskussiya klubunda “Şəhidlər ölməz. Vətən bölünməz” adlı söhbətdə
H.Əliyev İrsini Araşdırma Mərkəzi “1905.az” diskussiya klubunda “Şəhidlər ölməz. Vətən bölünməz” adlı ikinci söhbət keçirilmişdir. Mərkəzin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev qonaqları salamlayaraq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü ugrunda canlarından keçmiş şəhidlərimiz haqqında söhbətə başlamışdır. Diskussiyada tanınmış publisist Rafiq Səməndər, telejurnalist Aida Eyvazlı, Qarabağ qazisi Rey Kərimoğlu, jurnalist Gündüz Nəsibov və […]
ADMİU-nun tələbələri “Orta əsr sənətkarlar mərkəzinə səyahət” adlı tədbirdə yaxından iştirak ediblər
“Kulturologiya” fakültəsi “Muzeyşünaslıq” kafedrası müəllimi, kulturologiya üzrə fəlsəfə doktoru Kazımzadə Elnurə və “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisasının tələbələri ilə Qala Arxeoloji Etnoqrafik Muzey kompleksində “Multikulturalizm ili” çərçivəsində 28 may Respublika gününə həsr olunmuş “Orta əsr sənətkarlar mərkəzinə səyahət” adlı tədbirdə iştirak ediblər. Tədbir əntiq əşyalar muzeyində “Qədim musiqi alətləri ansamblı”nın çıxışı ilə başlanıb […]
ADMİU-da 28 may Respublika gününə həsr olunan tədbir keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsi Respublika gününə həsr olunmuş “Tarixin dərinliklərindən süzülüb gələn Azərbaycan” mövzusunda tədbir keçirib. Tədbiri giriş sözü ilə Universitetin Kulturologiya fakultəsinin dekanı ,dosent Vasif Adilov açıb. Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 98 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi […]
ADMİU-nun tələbələri Üzeyir Hacıbəyli adına BMA-da Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ilə bağlı tədbirdə çıxış ediblər
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ilə bağlı tədbirdə çıxış ediblər
Yazıçı Müşfiq Xan tələbələrlə görüşəcək
25 may 2016-cı il saat 14:00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində detektiv yazıçı Müşfiq XAN ilə görüş və imza günü keçiriləcək. Görüşdə oxucuların sualları cavablandırılacaq, onlarla fikir mübadiləsi aparılacaq. Qeyd edək ki, yazıçı “Tənha canavar”, “Ünvansız sevgi”, “Ümidlərin izi ilə” (həmmüəllif), “Sonuncu hədiyyə”, “U geni”, “Yataqdakı qatil”, “Yolka işığında qətl”, “Qatil üçün nekroloq” , “O2”, […]
Fəxrəddin Kərimovun fərdi sərgisi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsinin baş müəllimi, Rəssamlar İttifaqının üzvü Fəxrəddin Qəhrəmanlının Azərbaycan Rəssamlar İttifaqında “Bahar” adlı fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Sərgidə yağlı boya və sulu boya ilə işlənmiş 60-a qədər müxtəlif mövzularda əsərlər təqdim olunmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Fərəh Əliyeva, Universitetin müəllim və tələbə heyəti, […]
ADMİU-nun tələbələri Amerikanın Silver City Bound qrupu ilə Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış ediblər
Mənbə: http://news.day.az/culture/783096.html
ADMİU-nun rektoru professor Fərəh Əliyeva “Marmara mədəniyyət və sənət günləri”ndə iştirak edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Fərəh Əliyeva və Universitetin tələbələrindən ibarət Xalq Çalğı Alətləri ansamblı Səhiyyə, Mədəniyyət və İdman İdarəsi tərəfindən Marmara Universitetinin Göztəpə kampusunda təşkil edilən “Marmara Mədəniyyət və Sənət Günləri”ndə iştirak edib.
ADMİU-nun təşkilatçılığı ilə “Aleksandr Tuqanovun irsi Azərbaycan teatr mədəniyyəti kontekstində” elmi-nəzəri konfrans keçirilib
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə Azərbaycan Teatr Xadimləri İttifaqında “Aleksandr Tuqanovun irsi Azərbaycan teatr mədəniyyəti kontekstində” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Tanınmış rejissor və pedaqoq Aleksandr Tuqanovun anadan olmasının 145 illiyinə həsr edilmiş konfransı giriş sözü ilə Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin müavini, Azərbaycanın Xalq Artisti Hacı […]
ADMİU-nun tələbələri İran Mədəniyyət Mərkəzində olub
Mayın 16-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya” fakültəsinin Kinoşünaslıq ixtisasının tələbələri xalq artisti Həmidə Ömərovanın təşkilatçılığı ilə İran Mədəniyyət Mərkəzində “143-cü çuxur” filminin rejissoru Narges Abyar və filmin aktrisası Gelareh Abbasi ilə görüş keçirilmişdir. Filmi, iş prinsipi haqqında maraqlı suallar verilən rejissor ətraflı danışmış, özünəməxsus iş üslubunu tələbələrə və qonaqlara […]
ADMİU-nun tələbələri Misir Mədəniyyət Mərkəzində
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya” fakültəsinin Kinoşünaslıq ixtisasının tələbələrinin xalq artisti Həmidə Ömərovanın və Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami Elaydinin rəhbərliyi və iştirakı ilə Şərq kinosu mövzusunda seminar keçirilmiş, seminar maraqlı söhbətlər, müzakirələr əsasında davam etmişdir. Misir Mədəniyyət Mərkəzində tələbələrə ödənişsiz Ərəb dilinin öyrədilməsi təklif edilmiş, tələbələr böyük maraqla […]




