Dijital incəsənət iqtisadiyyatı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən “İnnovativ və yaradıcı həllərin tapılması” adlı beynəlxalq startap müsabiqəsinin ilkin mərhələsində uğurla iştirak ediblər.

ADMİU-nu təmsil edən Dijital İncəsənət Komandasının üzvləri və mentoru sertifikatlara layiq görülüblər. Layihə komandası Jean Monnet Modulunun tələbələrindən formalaşdırılmışdır. Modulun müəllim və layihənin mentoru Namiq Kərimov, komandanın işçi heyəti isə Rəssamlıq fakultəsinin və JM Modulunun tələbələri Ağayeva Səyyarə, Haciyev Məhəmməd , Mənsimova Şövkət, Salamova Nərmin, Məmmədzadə Fatimə universitetimizi müsabiqədə uğurla təmsil etmişdir.

Layihənin məqsədi incəsənət sahəsi ilə məşğul olan şəxslərin işlərini dijital iqtisadiyyat bazarına çıxarmaqdır. Layihə ADMİU tərkibində fəaliyyət göstərən İnnovasiya və Sahibkarlıq mərkəzində inkişaf etdiriləcəkdir.

AzTU və Pakistan İslam Respublikasının Milli Elm və Texnologiya Universiteti tərəfindən birgə təşkil olunan müsabiqədə ölkəmizin 10 ali təhsil müəssisəsindən ümumilikdə 22 komanda iştirak edib.